Gənclərə narkotiklərin zərərli təsiri ilə bağlı ətraflı məlumat verilib

Bakı, 19 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında və Salyan rayonu A.Əliyev adına Aşağı Kürkəndi tam orta məktəbində narkotiklə mübarizəyə dair maarifləndirmə görüşləri keçirib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Narkotik və psixotrop maddələrin ziyanı” mövzusunda keçirilən tədbirlərdə həmin təhsil müəssisələrinin rəhbər şəxsləri, müəllimlər və tələbə-şagird heyəti iştirak edib.
Çıxış edənlər iştirakçılara həmin maddələrin fiziki və psixoloji sağlamlığa, eləcə də sosial həyata göstərdiyi mənfi təsirlər, narkotik maddələrin yaratdığı asılılıq, zərərli vərdişlərin fəsadları və onların qarşısını almağın yolları haqqında məlumatlar veriblər.
Gənclərdə sağlam həyat tərzinə marağın artırılması, cəmiyyətə faydalı nəslin yetişdirilməsinə dəstək göstərilməsi və onların düzgün istiqamətləndirilməsi məqsədi daşıyan görüşdə mövzuya dair müzakirələr aparılıb və suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [18:51]
Şabran və Qusar rayonlarında təbiətə 13 min manatdan çox ziyan dəyib
- 25.04.2025 [18:46]
DİN: Ötən illə müqayisədə cinayətlərin dinamikasında azalma qeydə alınıb
- 25.04.2025 [18:12]