Azərbaycan Dövlət İnformasiya Agentliyi

Geosiyasətin qrossmeysteri

Geosiyasətin qrossmeysteri

Bakı, 22 iyun, AZƏRTAC

Heç şübhəsiz ki, ictimai-siyasi müstəvidə ölkəmizin həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri Qərbi Azərbaycan İcmasının (QAİ) yaradılmasıdır. QAİ, sözün əsl mənasında, ölkəmizin xarici siyasətində alternativ gündəm yarada bilib. Qısa müddətdə bir çox siyasi hədəfə nail olmuş İcma işlək və effektiv siyasi mexanizmə çevrilməyə müvəffəq olub. Eyni zamanda, İcma öz fəaliyyəti ilə vətəndaş cəmiyyəti institutunun potensialını da ictimaiyyətə nümayiş etdirir.

Bu fikirlər politoloq A.Adilin “Geosiyasətin qrossmeysteri” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Sözsüz ki, İcmanın yaradılması olduqca müsbət təcrübədir və ölkənin ictimai sektorunun əhəmiyyətini inanılmaz dərəcədə artıran təşəbbüsdür. Bir anlıq təsəvvür edin ki, ölkənin QHT sektoru bütövlüklə bu cür çalışsa, Azərbaycan cəmiyyəti və dövlətinin dividendləri nələr ola bilər. Nəzərə alsaq ki, vətəndaş cəmiyyəti institutu bilavasitə demokratik münasibətlərin təzahürüdür, o zaman İcmanın yaradılması və qısa müddət ərzində bu cür nəticələrin əldə olunması da ölkəmizdə demokratik institutların inkişafına verilmiş töhfə kimi dəyərləndirilməlidir. Əlbəttə ki, Prezident İlham Əliyevin sözügedən təşəbbüsünün dəyərləndirilməsi, ilk növbədə, siyasi müstəvidə aparılmalıdır. Cəmi bir neçə aylıq fəaliyyətin nəticəsində QAİ öz siyasi məzmunu ilə, sözün əsl mənasında, rəsmi İrəvana alternativ təzyiq mexanizminə çevrilib. İcmanın müraciətləri artıq beynəlxalq təşkilatların gündəliyinə və protokollarına daxil olur. Odur ki, dövlətimizin başçısının sözügedən təşəbbüsü sülh danışıqları prosesinə fərqli tonallıq qatır.

Məlum olduğu kimi, danışıqlar prosesində üstünlüyü əldə etmək üçün ədalətli mövqe ilə yanaşı, mütləq əlavə “kozır”ların mövcudluğu labüddür. Məhz əlavə təzyiq alətlərin mövcudluğu “siyasi auksion” hesab edilən danışıqlar prosesində uğurlu mövqeyin əldə olunmasını təmin edə bilər. Belə ki, danışıqlarda alternativ təsiretmə alətlərinə malik olan tərəf öz rəqibini əlavə güzəştlərə getməyə rahatlıqla məcbur edir. Dünya ölkələrinin tarixi bu sadə geosiyasi həqiqətləri bizə dəfələrlə nümayiş etdirib.

Mövcud kontekstdə əsas məsələyə keçməzdən öncə xüsusi qeyd olunmalıdır ki, “Qərbi azərbaycanlılar” mövzusunun mahiyyətinin alt qatlarında beynəlxalq təşkilatlar üçün “müqəddəs” hesab olunan “insan hüquqları”, “tarixi ədalət” və “beynəlxalq hüquq” kimi mövzular dayanıb. Xatırladaq ki, beynəlxalq təşkilatlar məhz qeyd olunan amillərə söykənərək öz qərar və qətnamələrini qəbul edir.

Dünya ölkələrinin tarixi, o cümlədən fiaskoya uğramış dövlətlərin təcrübəsi isbat edir ki, konkret dövlətin xarici siyasətinin uğuru mövcud beynəlxalq vəziyyətin real qiymətləndirilməsi və öz gücünün obyektiv dəyərləndirilməsindən asılıdır. Etiraf olunmalıdır ki, geosiyasətin məğzini dəyişdirmək mümkünsüzdür. Eləcə də dünyanın “super güc” hesab olunan ölkələri öz geosiyasi maraq və strategiyalarından könüllü olaraq imtina etməyəcəklər.

Heç bir tərəddüd etmədən onu da deyə bilərik ki, özünü “super güc” hesab edən ölkələr üçün regionumuz tarixin bütün dövrlərində diqqət mərkəzində olub. Əlbəttə, “diqqət mərkəzi” kimi söz birləşməsi olduqca yumşaq ifadədir. Ölkəni və bütövlüklə regionu təsir altına salmaq təkcə Xəzərin enerji potensialından faydalanmaq demək deyil. Bu gün Azərbaycan və Türkiyə tandemi qlobal nəqliyyat layihələrinin ən strateji arteriyasıdır.

Əslində, Qərb siyasətçiləri və analitikləri Azərbaycanın onlar üçün geostrateji əhəmiyyət daşıdığını və ölkəmizə olan özəl marağını heç zaman gizlətməyiblər. Qərbin ölkəmizə bu cür tarixi münasibətinin məzmun etibarilə mahiyyətini Zbiqnev Bjezinski məşhur “Böyük şahmat lövhəsi” əsərində çox gözəl ifadə edib. Əlbəttə ki, bizim regionumuzda öz mövcudluğunun qorunması məsələsi Qərb geosiyasətinin strateji maraqlarına daxildir və bu fikirdə heç bir sirr və ya yenilik yoxdur. Bu mənada heç də təsadüfi deyil ki, dünyada müşahidə olunan enerji böhranı fonunda Azərbaycanın qlobal siyasi xəritədəki status və əhəmiyyəti daha da artıb. Əslində, sözügedən fikir bu gün artıq bütün nüfuzlu beynəlxalq təşkilatlar və dövlət başçıları tərəfindən etiraf olunur.

“Bölgədə öz mövcudluğunun qorunması “super güc” dövlətlərin geosiyasətinin mütləq maraqlarına daxildir” kimi nəzəri təsbiti inkişaf etdirərək bilavasitə qayıdaq Prezident İlham Əliyevin təşəbbüsü olan “Qərbi Azərbaycan İcması” mövzusuna. Bəli, QAİ-nin yuxarıda qeyd olunan bütün müsbət təzahür formaları ilə yanaşı, sözügedən təşəbbüs sözün əsl mənasında siyasi qrossmeyster gedişidir.

Qısaca bir köşə yazısı çərçivəsində sözügedən hipotezi açıqlamağa cəhd edək. Etiraf etmək lazımdır ki, əgər beynəlxalq təşkilatlar çərçivəsində həlledici sözə malik olan ölkələrin milli maraqlarına bizim bölgəmizdə mövcudluğunu qoruması vəzifəsi daxildirsə, bunu dəyişdirmək mümkünsüzlüyə yaxın olan vəzifədir. “Super güclər” öz geostrateji maraqlarını təmin etmək üçün istənilən addımları ata biləcəklər. Müasir tarix və dünyada baş verən münaqişələr bunu açıq şəkildə bizə göstərir. Bu həqiqət dövlət və gələcək naminə rasional təfəkkür paradiqması çərçivəsində bir siyasi aksiom olaraq qəbul olunmalıdır. Sözsüz ki, ölkəmizin milli maraqları da müqəddəsdir və güzəştə gedilə bilməz. Məhz elə bu səbəbdən də Prezident İlham Əliyevin “Azərbaycan müstəqil siyasət həyata keçirir” ifadəsi dövlətimizin başçısının siyasi ritorikasını xarakterizə edən əsas məfhumlardandır.

Geostrateji addımlar kontekstində tarixi Qələbəmizi də unutmamalıyıq. Ehtimal edə bilərik ki, Qələbəmiz Prezident İlham Əliyev tərəfindən dəfələrlə səsləndirilmiş yeni reallığın tərkib hissədir. Prinsipial olaraq vurğulamalıyıq ki, formalaşan yeni reallığın səbəbkarı xarici qüvvələr və ya beynəlxalq təşkilatlar deyil. Yeni reallığın müəllifi və səbəbkarı məhz Azərbaycan xalqıdır. Qələbəmizin nəticəsində üç onillik ərzində bəzi ölkələrin regionumuzda mövcudluğuna səbəb və şərait yaradan münaqişəyə son qoyuldu.

Ancaq müasir beynəlxalq münasibətlər sisteminin xüsusiyyətlərini və müşahidə olunan tendensiyaları nəzərə alaraq deyə bilərik ki, münaqişənin həlli heç də super güc ölkələrinin regionumuzdakı strateji maraqlarından imtina edəcəyi anlamına gəlmir. İstisna etmək olmaz ki, sülh sazişinin imzalanmasına Qərbin prinsipial mövqe sərgiləməməsinin əsas səbəbi də elə bu amildir. Qərb mütləq regionda öz mövcudluğunu qorumaq üçün digər vasitələri də araşdıracaq. Məhz elə “digər vasitələr” kontekstində “Qərbi Azərbaycan İcması” ideyası yada salınmalıdır.

Bir daha xatırladaq ki, “Qərbi azərbaycanlılar” mövzusunun mahiyyətində beynəlxalq təşkilatlar üçün “müqəddəs” hesab olunan “insan hüquqları”, “tarixi ədalət” və “beynəlxalq hüquq” kimi mövzular dayanır. Belə ki, Prezident İlham Əliyev “Qərbi Azərbaycan” mövzusunu beynəlxalq təşkilatların gündəliyinə gətirməklə, sanki onların regionumuzda mövcudluğunun qorunmasına ümid və şans vermiş olur. Ancaq təklif olunan iştirakın müstəvisi artıq tamamilə fərqlidir.

Regionda öz mövcudluğunu qorumağın Qərb geostrategiyalarının şərti olduğunu nəzərə alaraq deyə bilərik ki, Qərb Prezident İlham Əliyev tərəfindən təqdim olunan “Qərbi Azərbaycan” platformasından istifadə etməyə çalışacaqdır. Bununla da geosiyasi hadisələrin episentri Ermənistana transfer olunacaqdır. Artıq müdaxilə bəhanəsi “Qarabağın mənsubiyyəti” mövzusu yox, “Qərbi azərbaycanlıların tarixi hüquqlarının bərpa olunması” mövzusu olacaq. Necə ki, 30 il ərzində Qarabağ ermənilərinin psevdohüquqları mövzusundan istifadə edilib. Bunun nəticəsində Azərbaycanın ərazi bütövlüyü məsələsi artıq spekulyasiya və manipulyasiya predmeti olmayacaq. Bir vətəndaş olaraq sevindirici və qürurverici hisslərimin yaşanmasının səbəbi odur ki, Prezident İlham Əliyev bütün bu qrossmeyster gedişlərində məhz xalqın dəstəyinə arxalanır. Elə bu səbəbdən də Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” ifadəsi milli həmrəylik siyasətinin şüarına çevrilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub