GİMNASTLARIMIZ BEYNƏLXALQ REYTİNQİNİ YÜKSƏLDİRLƏR
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, idmançılar qarşıdakı beynəlxalq turnirlərdə uğurla çıxış etsələr, reytinqlərini daha da yaxşılaşdıra bilərlər. Məsələn, gözlənildiyinə görə, oktyabrın 15-17-də Qurbanova Berlinin Qran-pri yarışlarında iştirak edəcək, Gimatova isə ayın sonunda Hollandiyaya analoji yarışlara gedəcəkdir.
Sentyabr ayı üçün reytinq cədvəlində ilk üç yeri müvafiq surətdə Afina Olimpiadasının çempionu Alina Kabayeva və gümüş mükafatçısı İrina Çaşşina (hər ikisi Rusiya), həmin Oyunların bürünc medalçısı ukraynalı Anna Bessonova tuturlar.