GÖMRÜK XİDMƏTİ ORQANLARI ARASINDA FUTZAL TURNİRİ BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Dövlət Gömrük Komitəsinin yaranmasının 14 illiyi ilə əlaqədar gömrük xidməti orqanları arasında ənənəvi futzal turnirinə start verilmişdir. Yarışda 8 komanda dairəvi sistemlə iki yarımqrupda mübarizə aparır. “Olimpik star” İdman Kompleksində “A” qrupunun oyunları olmuşdur. Hər komanda 3 görüş keçirmişdir. Nəticədə, Bakı Baş Gömrük İdarəsinin komandası 9 xalla birinci, “Azərterminalkompleks” Xarici İqtisadi Əlaqələr Birliyinin əməkdaşları 6 xalla ikinci, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin təmsilçiləri 3 xalla üçüncü yeri tutmuşlar. Bütün görüşləri uduzan Sumqayıt Gömrük İdarəsinin futzalçıları isə sonuncu olmuşlar.
İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmışdır. “B” qrupunun oyunları isə apreldə Gəncə Olimpiya İdman Kompleksində keçiriləcəkdir. Qrupdan çıxmaq uğrunda Naxçıvan Dövlət Gömrük Komitəsinin, Gəncə, Astara və Tovuz Gömrük İdarələrinin komandaları mübarizə aparacaqlar.
Yarımfinal oyunları mayın 9-da, final görüşü isə mayın 10-da olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]