GÖMRÜKÇÜLƏR MƏCBURİ KÖÇKÜNLƏRƏ VƏ KÖRPƏLƏRƏ BAYRAM SOVQATI PAYLAMIŞLAR
DGK sədrinin müavini Rza Həsənəliyev komitə sədrinin bayram təbrikini məcburi köçkünlərə çatdıraraq, işğal olunmuş torpaqlarımızın Prezident İlham Əliyevin rəhbərliyi altında tezliklə azad ediləcəyini, vətəndaşlarımızın doğma yurd-yuvalarına qayıdacaqlarını söyləmiş və onların problemləri ilə maraqlanmışdır.
Məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirmişlər.
Həmin gün gömrükçülər Xətai rayonundakı 3 nömrəli, Nizami rayonundakı 1 nömrəli uşaq evlərində də olmuş, körpələri bayram sovqatı ilə sevindirmişlər.