Göygöl rayonunda “Turizmin inkişaf perspektivləri” mövzusunda seminar keçirilmişdir
Göygöl, 16 mart (AZƏRTAC). Göygöl rayonunda İqtisadi İnkişaf Nazirliyinin, rayon icra hakimiyyətinin və Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə “Turizmin inkişaf perspektivləri” mövzusunda seminar keçirilmişdir.
Gəncə-Qazax iqtisadi rayonuna daxil olan rayonların icra hakimiyyətlərinin, rayon mədəniyyət və turizm şöbələrinin və turizm sahəsində fəaliyyət göstərən sahibkarların iştirakı ilə keçirilən seminarda turizm obyektlərində xidmətlərin dünya standartlarına uyğun təşkili üçün kadrların peşə hazırlığının artırılması, praktiki əmək vərdişlərinin formalaşdırılması, tanınmış turizm şirkətləri ilə təcrübə mübadiləsinin aparılmasının zəruriliyi barədə müzakirələr aparılmışdır.
Seminarda İqtisadi İnkişaf Nazirliyinin və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə yaradılmış elektron ticarət portalı barədə ətraflı məlumat verilmiş, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən çap edilmiş metodiki vəsaitlər paylanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]