GUAM-ın Milli Əlaqələndiricilər Şurasının iclası keçirilib
Kiyev, 17 aprel, AZƏRTAC
Aprelin 16-17-də Ukrayna paytaxtında, GUAM Katibliyində təşkilatın baş katibi Valeri Çeçelaşvilinin iştirakı ilə Milli ƏLaqələndiricilər Şurasının iclası olub. Bu barədə AZƏRTAC-a təşkilatın mənzil-qərargahından məlumat veriblər.
Tədbirdə Azərbaycanı Xarici İşlər Nazirliyinin regional təhlükəsizlik idarəsinin rəisi Tofiq Musayev və ölkəmizin Ukraynadakı səfirliyinin müşaviri Nazim Əliyev təmsil ediblər.
İştirakçılar BMT Baş Assambleyasının 69-cu sessiyasında “Birləşmiş Millətlər Təşkilatı ilə Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM arasında əməkdaşlıq” qətnaməsinin qəbul edilməsini, GUAM-ın baş katibinin aprelin 30-da ATƏT-in Daimi Şurasında çıxış etməyə dəvət olunmasını alqışlayıblar.
Tərəflər, həmçinin GUAM-ın sahə əməkdaşlığı, xüsusən iqtisadiyyat və ticarət, mədəniyyət və turizm, hüquq mühafizə sahəsində əməkdaşlıq, digər dövlətlər və beynəlxalq təşkilatlar ilə tərəfdaşlıq məsələlərini müzakirə ediblər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]