Güləşçilərimiz Qazaxıstanda 1 qızıl və 1 gümüş medal qazanıb
Bakı, 2 may, AZƏRTAC
Qazaxıstanın Çimkənd şəhərində akademik Saparbayevin xatirəsinə həsr olunmuş güləş üzrə beynəlxalq turnir keçirilib.
Azərbaycan pəhləvanları ilə yanaşı, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Rusiya və Tacikistan güləşçilərinin də iştirak etdiyi turnir 2 gün davam edib.
AZƏRTAC xəbər verir ki, turnirdə böyüklərdən ibarət yunan-Roma güləşi üzrə yığma komandamızın 2 üzvü iştirak edib.
64 pəhləvanın yarışdığı 59 kq çəki dərəcəsində mübarizə aparan Sakit Quliyev bütün rəqiblərindən üstün olaraq turnirin qızıl medalına yiyələnib. 120 kq çəkidəki təmsilçimiz Mehdi Kərimi isə gümüş medalla kifayətlənib. Finala qədər ardıcıl olaraq bütün rəqiblərindən üstün olan güləşçimiz zədələndiyindən son görüşə çıxa bilməyib.
Beləliklə, Azərbaycan güləşçiləri turnirdə 1 qızıl və 1 gümüş medal qazanıb.