Günəşdə baş verən partlayış Yer kürəsində qısadalğalı radiorabitəsində nasazlıqlara səbəb olub
Bakı, 17 iyul, AZƏRTAC
İyulun 16-da Günəşdə M sinfinə aid üç partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun heliogeofizika xidməti məlumat yayıb.
İlk partlayış Bakı vaxtı ilə təqribən 10:26-da baş verib, o, təxminən 14 dəqiqə davam edib və Yer kürəsində qısadalğalı radiorabitəsində nasazlıqlara səbəb olub.
İkincisi saat 17:08-də qeydə alınıb, təxminən 15 dəqiqə davam edib. Mütəxəssislər üçüncü partlayışı saat 19:46-da qeydə alıblar, onun müddəti təxminən 28 dəqiqə olub.
Qeyd edək ki, Günəşdə partlayışlar gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]