Gürcü ekspert: Qara qüvvələr anlamalıdırlar ki, regionun inkişafı üçün sülh və təhlükəsizlik lazımdır
Tbilisi, 20 dekabr, AZƏRTAC
Cənubi Qafqazda sabitliyin və sülhün bərqərar olması Gürcüstanın həm daxili, həm də xarici maraqlarına xidmət edir. Ona görə də hesab edirəm ki, bütün qüvvələr Qarabağ münaqişəsinin tam və ədalətli həlli üçün çalışmalıdır. Bəzi qara qüvvələr başa düşməlidirlər ki, regionun hərtərəfli inkişafı üçün sülh, təhlükəsizlik və sabitlik lazımdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan Rondeli Fondunun təşkilatçılığı ilə Qarabağ müharibəsinə həsr olunmuş tədbirin iştirakçısı, siyasi elmlər, beynəlxalq münasibətlər və təhlükəsizlik araşdırmaları üzrə ekspert, Gürcüstanın sabiq təhsil naziri Giorgi Nodia söyləyib.
Sabiq nazir deyib: “Gürcüstan Qafqazda sülhün tərəfdarıdır. Biz çox istəyirik ki, xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşasınlar. Gürcüstanda əhalinin böyük bir hissəsini azərbaycanlılar təşkil edirlər. Ölkəmizdə xeyli sayda erməni də yaşayır. Buna görə də Qafqazda olan son vəziyyətin həlli bizim həm daxili, həm xarici maraqlarımıza xidmət edir. Onu da bilirik ki, bu, çox çətindir. Amma mən məsələyə optimist yanaşıram və problemlərin yaxın zamanda həllini tapacağına inanıram. Düşünürəm ki, bu cür görüşlər, dialoq və müzakirələr gələcək addımlar üçün çox vacibdir”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]