Gürcüstan Dağlıq Qarabağda keçirilən “seçkilər”in nəticələrini tanımır
Bakı, 4 may, AZƏRTAC
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirilən “parlament seçkiləri” ilə əlaqədar Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, rəsmi Tbilisi bu “seçkilər”in nəticələrini tanımır. Bəyanatda bildirilir ki, Gürcüstanın Xarici İşlər Nazirliyi Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edir.
Gürcüstan Xarici İşlər Nazirliyi ümid etdiyini bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün bütün mümkün formatlardan istifadə ediləcək.