Gürcüstan mətbuatı prezident seçkilərinin nəticələrini geniş işıqlandırıb





Tbilisi, 8 fevral, AZƏRTAC
Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin nəticələri Gürcüstan mediasının diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, “interpressnews.ge”, “sputnik-georgia.ru”, “qafqazturk.com”, “newsday.ge”, “ambebi.ge”, “adjaratv.ge”, “accentnews.ge”, “24news.ge”, “realnews.ge”, “aktual.ge”, “kavkasia.net” informasiya portalları, “imedi”, “1tv.ge”, “rustavi2” televiziya kanalları seçkilərin ilkin nəticələrinə dair “exit-poll”arın hesabatlarını, eləcə də Azərbaycan Mərkəzi Seçki Komissiyasının ilkin nəticələri barədə ətraflı məlumat yayıblar.
Azərbaycan, rus, gürcü və ingilis dillərində yayımlanan materiallarda İlham Əliyevin seçicilərin 92 faizdən çoxunun səsini toplamaqla yenidən Azərbaycan Respublikasının Prezidenti seçildiyi qeyd olunur.
Bəzi mətbu orqanlar dünya liderlərinin artıq İlham Əliyevi parlaq qələbəsi münasibətilə təbrik etdiyini də yazıblar.
Ümumilikdə isə Gürcüstan mətbuatında Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin başlaması, səsvermənin gedişatı və nəticələri ilə əlaqədar 50-dən çox material yayımlanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi