Gürcüstan parlamentinin erməni əsilli deputatları arasında silahlı qarşıdurma olub
Tbilisi, 30 mart, AZƏRTAC
Gürcüstan parlamentinin erməni əsilli deputatları arasında silahlı qarşıdurma baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə Axalkalaki bölgəsində, “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasından olan deputat Enzel Mikoyanın evinin yaxınlığında qeydə alınıb.
Silahlı qarşıdurma E.Mikoyan ilə “Milli Hərəkat” partiyasının sabiq deputatı Samvel Petrosyan arasında olub. Hər iki şəxs bir-birinə tapançadan atəş açıb.
Ölən və yaralananlar barədə məlumat yoxdur. Hadisənin dəqiq səbəbləri məlum olmasa da, insidentin siyasi amillərlə bağlı olduğu bildirilir.
Gürcüstan Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin “zorakılıq tətbiq etmə” və “qanunsuz silah gəzdirmə” maddələri ilə cinayət işi başlanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [15:27]