Gürcüstanda Anaklia limanı ilə əlaqədar yeni avtomobil və dəmir yolları tikəcək
Tbilisi, 9 avqust, AZƏRTAC
Gürcüstan hökuməti Anaklia (Sameqrelo-Zemo Svaneti bölgəsi) limanının tikintisini bərpa etmək qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, tikintinin 51 faizi dövlətə məxsus olacaq. Həmçinin limanın tikinti xərclərinin bir hissəsini dövlət öz üzərinə götürüb.
Hökumətin yeni qərarına əsasən, limana gediş-gəlişin və yükdaşımaların həcminin artırılması məqsədi ilə yeni avtomobil və dəmir yolu xətləri tikiləcək. Bu yollar Anaklia limanını Gürcüstanın qalan hissəsi ilə birləşdirəcək. Hökumətin müvafiq sərəncamı ilə 2026-cı ildə yolun Anaklia limanına gedən hissəsinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılacaq.
Qeyd edək ki, limanın tikintisinə 2024-cü ilin sentyabrında başlanılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]