GÜRCÜSTANDA AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN XATİRƏSİ ƏZİZ TUTULUR
Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov AZƏRTAC-ın müxbirinə bildirdir ki, Heydər Əliyevin doğum günü münasibətilə səfirliyimiz Tbilisi Konservatoriyasının böyük zalında Azərbaycan Dövlət Kamera Orkestrinin konsertini keçirmək üçün Mədəniyyət Nazirliyi ilə razılıq əldə etmişdir. Tədbirə Gürcüstan Prezidenti, parlamentin sədri və baş nazir, diplomatik korpusların əməkdaşları dəvət olunmuşlar. Tədbirlərdə gürcüstanlı soydaşlarımız da geniş tərkibdə təmsil olunacaqlar.
Mayın 10-da Heydər Əliyev haqqında çəkilmiş “Tale” filminin Gürcüstan Dövlət televiziyası və geniş tamaşaçı auditoriyasına malik “Rustavi-2” kanalı ilə gürcü dilində yayımlanmasına dair razılıq əldə edilmişdir.