Gürcüstanda daha bir kilsə qarət olunub
Tbilisi, 3 yanvar, AZƏRTAC
Gürcüstanın qərbindəki Sameqrelo-Zemo Svaneti bölgəsindəki Martvili şəhərində Müqəddəs Məryəm kilsəsi qarət edilib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, məbədə pəncərədən daxil olan oğrular əsas ikonanı, gümüş şamdanları və ianə qutusundan xeyli pul aparıblar.
Qeyd edək ki, bu son 6 ayda ikinci kilsədir qarət olunur.
Bundan əvvəl, ötən il noyabrın 25-də Gürcüstanı şoka salan hadisə olmuşdu. İki nəfər Xaşuri bələdiyyəsinin Tsxramuxa kəndində monastıra girərək yaşlı rahibəyə hücum ediblər. Qadını hədələyərək ondan pul və qızıl-zinət əşyaları tələb ediblər.
Cinayətkarlar onların tələbini yerinə yetirməyən rahibəni döyüb və zorlayıblar. Sonra onlar ianə qutularını oğurlayaraq hadisə yerindən qaçıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]