Gürcüstanda koronavirusa yoluxanların sayı artıb
Tbilisi, 29 mart, AZƏRTAC
Gürcüstanda son 12 saat ərzində daha 5 nəfər koronavirusa yoluxub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla əlaqədar yaratdığı “stopcov.ge” saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, bununla da Gürcüstanda (COVID-19) virusuna yoluxanların sayı 90 nəfərə çatıb. Ölkədə 4534 nəfər karantin rejimində, 276 nəfər isə həkim nəzarətində saxlanılır. Həmçinin 16 nəfər koronavirusdan sağalıb.
Qeyd edək ki, Gürcüstan Müdafiə Nazirliyinin Milli Qvardiyasının 6 mülki əməkdaşında da koronavirus aşkarlanıb. Bütün xəstələr nazirliyin xəstəxanasına yerləşdiriliblər. Bununla əlaqədar Gürcüstanın Müdafiə Nazirliyi təhlükəsizlik tədbirlərini gücləndirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]
Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]