GÜRCÜSTANDA MİLLİ AZLIQLARIN DURUMU DƏYİŞƏCƏKMİ?!
Noyabrda keçirilmiş parlament seçkilərində passivliyin və saxtakarlığın daha çox yer aldığı etnik azərbaycanlıların və etnik ermənilərin yığcam yaşadığı Kvemo Kartli-Borçalı və Samtsxe-Cavaxeti bölgələrində insan hüquqlarının pozulması problemləri barədə Milli Məclisin deputatları Asim Mollazadə, Anar Məmmədxanlı, Ermənistanın sabiq təhlükəsizlik naziri David Şahnazaryan və digər hüquq müdafiəçiləri öz mülahizələrini bölüşmüşlər.
“Çoxmillətli Gürcüstan” hərəkatının lideri Arnold Stepanyan, “Gürcüstan mənim vətənimdir” ittifaqının sədri Əli Babayev, “Qeyrət” xalq hərəkatının lideri Əlibala Əsgərov, Gürcüstan Azərbaycanlıları İttifaqının sədri Süleyman Süleymanov və başqaları qeyri-gürcü əhalinin birliklərinin səylərini əlaqələndirmək məqsədilə vahid strategiya yaradılmasının vacibliyini vurğulamışlar. Bununla əlaqədar yanvarın sonlarında yeni iqtidar, habelə müxalifət nümayəndələrinin də iştirakı ilə geniş yığıncaq keçiriləcəyi bildirilmişdir.