Gürcüstanda NATO-ya inteqrasiya üzrə dövlət komissiyası yaradılıb
Tbilisi, 1 mart, AZƏRTAC
Gürcüstanda NATO-ya inteqrasiya üzrə dövlət komissiyası yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar Gürcüstan hökumətinin martın 1-də keçirilən iclasında qəbul edilib.
Hökumət administrasiyasından bildiriblər ki, komissiyanın yaradılmasında məqsəd Gürcüstanın NATO-ya siyasi, hüquqi və hərbi sahələr üzrə tam inteqrasiyası prosesində dövlət strukturlarının fəaliyyətinin koordinasiyasının təmin etməkdir.
Dövlət komissiyasına Baş nazir Mamuka Baxtadze rəhbərlik edəcək. Komissiyanın üzvləri sırasına Dövlət Kəşfiyyat Xidməti, Dövlət Təhlükəsizlik Xidməti və Müdafiə Qüvvələri Baş Qərargahının rəhbərləri daxil olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]