Gürcüstanda rus dilində yayımlanan qəzetdə Azərbaycanın Müstəqillik Günü ilə bağlı material dərc edilib
Tbilisi, 24 oktyabr, AZƏRTAC
Gürcüstanda rusdilli “Mnoqonatsionalnaya Qruziya” (Çoxmillətli Gürcüstan) qəzetində Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş məqalə dərc edilib.
AZƏRTAC-ın Gürcüstandakı xüsusi müxbiri Xətayi Əzizovun təşəbbüsü ilə dərc olunan “Azərbaycanın Müstəqillik Günü” sərlövhəli məqalədə xalqımızın müstəqillik mübarizəsindən və qazandığı uğurlardan bəhs olunur.
Oxuculara 1991-ci ilin oktyabrında ölkəmizdə baş verən hadisələr, Azərbaycan Ali Sovetində gərgin müzakirələr nəticəsində Müstəqillik Aktının, ilin sonunda Konstitusiya Aktının və buna müvafiq olaraq dövlət himni və bayrağının da qəbul olunduğu barədə ətraflı məlumat verilib.