Gürcüstanda son sutka ərzində daha 919 nəfərdə koronavirus aşkar edilib
Tbilisi, 15 oktyabr, AZƏRTAC
Gürcüstanda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı yenə də artıb. Son sutka ərzində daha 919 nəfərə koronavirus diaqnozu qoyulub, 4 pasiyent isə həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.
Bildirilir ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 14 min 440-a, sağalanların sayı 7367-yə, həyatını itirənlərin sayı isə 113-ə çatıb.
Hazırda Gürcüstanda 5792 nəfər karantində, 836 nəfər isə stasionar nəzarətdə saxlanılır.
Xüsusi otellərdə müalicə olunan asimptomatik xəstələrin sayı isə 1042 təşkil edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:45]
Yunanıstan süni intellekt sahəsində ABŞ nəhəngləri ilə danışıqlar aparıb
- 22.09.2026 [15:44]
Aİ ölkələrində yanacağın qiyməti son bir ildə 23,8 faiz artıb
- 22.09.2026 [15:34]
Aİ-nin neft idxalının dəyəri ikinci rübdə 56 faizədək artıb
- 22.09.2026 [15:32]
Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]