Gürcüstanda yaşayan soydaşımız Tbilisi çempionatında gümüş medal qazanıb
Tbilisi, 19 mart, AZƏRTAC
Gürcüstanda yeniyetmə və gənclər arasında güləş üzrə Tbilisi çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionatda Gürcüstanda yaşayan soydaşlarımız da iştirak ediblər.
10-12 yaşlı yeniyetmələr arasında mübarizə aparan soydaşımız Qulam Novruzov (41 kiloqram) yarışı ikinci pillədə başa vurub və gümüş medal qazanıb.
Q.Novruzov AZƏRTAC-a deyib ki, idmana lap kiçik yaşlarından maraq göstərsə də, mötəbər yarışlarda ilk dəfə iştirak edir. “İlk turnirdə gümüş medal qazanmağıma çox sevinirəm. Aprelin 17-də Gürcüstan çempionatı keçiriləcək. Məqsədim bu çempionatda daha yaxşı çıxış edərək, birinci yerə çıxmaq və bayrağımızı dalğalandırmaqdır. Bunun üçün ciddi çalışacağam”.
İdmançının sözlərinə görə, arzusu təyyarəçi-kosmonavt olmaqdır: “Bunun üçün dərslərimə ciddi yanaşıram. Amma idmanda uğur qazanmaq da mənim üçün əsas məqsədlərdən biridir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [11:32]
Bölgə klubu bütün legionerlərlə vidalaşır, yerlilərlə danışıqlar olacaq
- 05.06.2026 [10:55]
Azərbaycan klubu daha bir futbolçu ilə vidalaşıb
- 05.06.2026 [10:27]
Azərbaycan voleybol millisi Avropa Liqasında mübarizəyə Bakıda start verir
- 05.06.2026 [10:03]
Futbol üzrə Azərbaycan millisi bu gün Malta ilə qarşılaşacaq
- 04.06.2026 [23:35]
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [23:06]
Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar
- 04.06.2026 [22:40]
Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub
- 04.06.2026 [22:21]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [22:00]
Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb
- 04.06.2026 [20:53]
Millinin qapıçısı: Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir
- 04.06.2026 [20:14]
Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib
- 04.06.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 04.06.2026 [20:00]
Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 04.06.2026 [19:55]