Gürcüstanın 6,76 milyard ABŞ dolları xarici borcu var
Tbilisi, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 1-nə olan məlumata görə, Gürcüstanın ümumi xarici borcu 6,76 milyard ABŞ dolları təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Gürcüstan Maliyyə Nazirliyinin hesabatında yer alıb. Bildirilir ki, bu məbləğin 6,5 milyard dolları hökumətin payına düşür.
Gürcüstanın Azərbaycana olan borcu isə 5,685 milyon ABŞ dollarıdır. Qonşu dövlətin Azərbaycana borcu avqust ayı ilə müqayisədə dəyişməyib. Gürcüstanın Türkiyəyə 10,959 milyon dollar, Rusiyaya 43,134 milyon dollar borcu var. Gürcüstanın ən çox borcu olduğu ölkələr Fransa (554,7 milyon ABŞ dolları), Almaniya (495 milyon ABŞ dolları) və Yaponiyadır (215,1 milyon ABŞ dolları).
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]