Gürcüstanın bəzi şəhər və bölgələrində təbii qazın qiyməti artırılıb
Tbilisi, 1 iyul, AZƏRTAC
İyulun 1-də Gürcüstanın paytaxtı Tbilisi ilə yanaşı, ətraf rayonlarda da təbii qazın qiyməti artırılıb.
AZƏRTC xəbər verir ki, bununla əlaqədar Gürcüstanın Energetika və Su Təchizatının Tənzimlənməsi Milli Komissiyası qərar qəbul edib.
Qərara əsasən, bu gündən paytaxt Tbilisinin ətrafındakı rayonlarda təbii qazın qiyməti 8 tetri artırılıb.
Bundan sonra Varketili rayonunda əhali istifadə etdiyi təbii qazın 1 kubmetri üçün 57,062 tetri, Qldani və Muxiani rayonlarında isə 1 kubmetr qazın qiyməti 57,794 tetri ödəyəcək.
Gürcüstanın Senaki bölgəsində də təbii qazın qiyməti 5 tetri artırılıb və 1 kubmetr qazın qiyməti 53,351 tetri müəyyən edilib.
Ekspertlərin fikrincə, bu artım tədricən bütün ölkəni əhatə edəcək.
Yeni tariflə bağlı bu qərar 2022-ci il oktyabrın 31-dək qüvvədə olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]