Gürcüstanın daha bir bölgəsində təbii fəlakət baş verib
Tbilisi, 4 avqust, AZƏRTAC
Güclü külək və leysan yağışları Gürcüstanın Kaxeti bölgəsində də ciddi problemlər yaradıb.
AZƏRTAC xəbər verir ki, külək Qurcaani rayonunda 5 yaşayış binasının, 70-dən çox fərdi evin, eyni zamanda, Vercini, Kolaqi, Bakurçixi, Kardenaxi kəndlərində evlərin dam örtüyünü uçurub.
Küləyin kökündən qopardığı ağaclar elektrik enerjisi və təbii qaz kəmərlərini sıradan çıxarıb.
Hakimiyyət orqanları təbii fəlakət nəticəsindən evləri yararsız vəziyyətə düşmüş insanların müvəqqəti yaşayış məntəqələrində yerləşdiriləcəyini bildirib.
Hazırda bölgədə bərpa və yenidənqurma işləri görülür.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]
Labubu dünya çempionatının açılış mərasimində iştirak edib
- 12.06.2026 [16:26]