Gürcüstanın quru sərhədlərində də hava sərhədində tətbiq olunan qaydalar tətbiq olunacaq
Tbilisi, 19 may, AZƏRTAC
Gürcüstanın quru sərhədlərinin açılması məsələsi üzərində iş davam etdirilir. Bölgə ölkələrindən fəal turist axını quru sərhədlərin təhlükəsiz açılmasına kömək edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava məlumat verib.
Onun sözlərinə görə, ölkənin quru sərhədlərində də hava sərhədində tətbiq olunan qaydalar tətbiq olunacaq və ciddi nəzarət həyata keçiriləcək.
N.Turnava Gürcüstanın turizm sektorunun gözlənilən vaxtdan daha tez bərpa olunacağına əminliyini ifadə edib və bildirib ki, ölkəyə Fars körfəzi, İsrail, Avropa İttifaqı və qonşu ölkələrdən səfər edən turistlərin sayı artıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]