Gürcüstanın xarici ölkələrdəki səfirlikləri xüsusi iş rejiminə keçib
Tbilisi, 11 mart, AZƏRTAC
Gürcüstanın xarici ölkələrdəki səfirlikləri xüsusi iş rejiminə keçib. Aprelin 4-dək davam edəcək xüsusi rejim çərçivəsində səfirliklərin fəaliyyətinə müəyyən məhdudiyyətlər tətbiq olunacaq. Lakin bu məhdudiyyətlər uzaqdan idarə olunan konsulluq xidmətlərinə şamil edilməyəcək.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, təcili və fövqəladə hallarda Gürcüstan vətəndaşları səfirlik və ya konsulluqla telefon və ya elektron poçt vasitəsilə əlaqə saxlaya bilərlər. Vətəndaşın konsulluq xidmətinə birbaşa müraciət etməsi ilə bağlı zərurət yaranarsa, o, binaya daxil olmaq üçün bəzi qaydalara riayət etməlidir. İlk növbədə, vətəndaşda qrip simptomları olmamalıdır. Diplomatik nümayəndəliyin binasına daxil olan vətəndaş tək olmalı, tibbi maska taxmalı, giriş qapısında əl üçün dezinfeksiyaedici vasitədən istifadə etməlidir. Vətəndaşlara konsulluğun əməkdaşları ilə ünsiyyətdə olmaq və kənar əşyalara toxunmaq qadağan edilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]