GÜRCÜSTANLA ACARISTAN ARASINDA QARŞIDURMAYA SON QOYULDU
M.Saakaşvili A.Abaşidze və ona müxalif olan “Bizim Acarıstan” təşkilatının nümayəndələri ilə görüşdükdən sonra Batumi səfərindən razı qaldığını, Acarıstan gömrüyündə və Batumi dəniz limanında Gürcüstan Prezidentinin nümayəndəliyi açılacağını, martın 18-də saat 24-dən sonra Mərkəzi hakimiyyətin Acarıstan bölgəsinə qoyduğu sanksiyaların dayandırılacağını bildirmişdir.
M.Saakaşvili Batumidən Bratislavaya yola düşməzdən əvvəl jurnalistlərlə görüşündə bəyan etmişdir: “Gürcüstanın ərazi bütövlüyünün bərpası Acarıstandan başlayır”.
A.Abaşidze Prezidentlə təkbətək görüşdə əksər problemləri yoluna qoyduqlarını, Acarıstanda gecə saat 12-dən fövqəladə vəziyyətin və qadağan saatının ləğv edildiyini, parlament seçkilərinin beynəlxalq tələblərə uyğun keçirilməsi üçün lazımi tədbirlər görüləcəyini bildirmişdir.
Beləliklə, mərkəzlə bölgə arasında 5 günlük qarşıdurma sivil yolla, danışıqlar stolu arxasında həll edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]