Azərbaycan Dövlət İnformasiya Agentliyi

HACIQABUL RAYON UŞAQ TİBB MƏRKƏZİ İSTİFADƏYƏ VERİLMİŞDİR

HACIQABUL RAYON UŞAQ TİBB MƏRKƏZİ İSTİFADƏYƏ VERİLMİŞDİR

Hacıqabul, 3 sentyabr (AZƏRTAC). Sentyabrın 3-də Hacıqabul rayon Uşaq Tibb Mərkəzinin açılışı olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Mərasimə toplaşan səhiyyə işçiləri, ictimaiyyətin nümayəndələri dövlətimizin başçısını böyük hörmət və ehtiramla, hərarətli alqışlarla qarşıladılar.

Prezident İlham Əliyev uşaq xəstəliklərinin qarşısının alınması, profilaktikası məqsədi ilə tikilən mərkəzin açılışını bildirən lenti kəsdi və səhiyyə ocağı ilə yaxından tanış oldu.

Təməli 2007-ci ilin avqustunda Prezident İlham Əliyev tərəfindən qoyulan Hacıqabul rayon Uşaq Tibb Mərkəzinin ümumi sahəsi 5 min kvadratmetr, ikimərtəbəli binanın sahəsi isə 688 kvadratmetrdir. Müasir standartlara uyğun inşa edilmiş səhiyyə ocağının ayrıca qazanxanası, su anbarı və elektrikpaylayıcı generatoru vardır. Mərkəzin həyətyanı sahəsi abadlaşdırılmış, yaşıllıq zolağı salınmış, tibb müəssisəsinə gələn yola asfalt döşənmiş, yeni işıqlandırma sistemi quraşdırılmışdır.

Mərkəzin tikintisində yerli və xarici ölkələrdən gətirilmiş inşaat materiallarından və avadanlıqdan istifadə olunmuşdur. Ümumilikdə, 250 kvadratmetr əraziyə qranit, 150 kvadratmetr sahəyə isə mərmər döşənmişdir.

Uşaq Tibb Mərkəzinin birinci mərtəbəsində poliklinika, stomatologiya, cərrahiyyə, oftalmologiya, travmatologiya şöbələri, nevropatoloq, LOR həkim kabinetləri, manipulyasiya, peyvənd, masaj, fizioterapiya və yeniyetmələr otaqları yerləşir. İkinci mərtəbədəki 15 çarpayılıq stasionar şöbədə isə qəbul, prosedur otaqları, yeməkxana vardır.

Mərkəzdə uşaqlar üçün əyləncə otağı və bufet də fəaliyyət göstərir.

Dövlətimizin başçısına məlumat verildi ki, Uşaq Tibb Mərkəzində 17 həkim və 30 nəfərdən ibarət orta tibb heyətinin işləyəcəyi nəzərdə tutulmuşdur. Mərkəz Hacıqabul rayonu ilə yanaşı qonşu rayonların da əhalisinə xidmət göstərəcəkdir.

Mərkəzin fəaliyyəti ilə tanış olan dövlətimizin başçısı səhiyyə ocağının kollektivi ilə görüşdü. Prezident İLHAM ƏLİYEV onları təbrik edərək dedi:

- Bu gözəl Uşaq Tibb Mərkəzinin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram. Bu gözəl mərkəz ən yüksək standartlara malikdir. Dünyada mövcud olan ən gözəl avadanlıq burada vardır və quraşdırılıb. Mərkəz keyfiyyətlə tikilib və əminəm ki, uşaqlara burada çox gözəl tibbi xidmət göstəriləcəkdir. Hacıqabul rayonunda səhiyyə məsələlərinin həlli uğurla gedir. Xəstəxana istifadəyə verilibdir, indi isə Uşaq Tibb Mərkəzi. Elə etməliyik ki, bütün rayonlarda, bütün yaşayış məntəqələrində, Azərbaycanda səhiyyənin səviyyəsi yüksək olsun və buna nail oluruq. Azərbaycanın müxtəlif yerlərində, müxtəlif bölgələrində ən müasir, gözəl xəstəxanalar tikilir, ən gözəl avadanlıqla təchiz edilir və insanlara yaxşı tibbi xidmət göstərilir. Eyni zamanda, belə gözəl xəstəxananın həkimlərin iş şəraitinin yaxşılaşdırılması üçün də öz rolu olacaqdır. Çünki həkimlər də gərək yaxşı şəraitdə işləsinlər, xəstələr yaxşı tibbi xidmət almalıdırlar.

Azərbaycanda səhiyyə sistemində növbəti illərdə də vacib addımlar atılacaqdır. İldən-ilə səhiyyəyə ayrılan xərclər artır, infrastruktur yeniləşir, Bakıda və bütün bölgələrdə çox böyük elmi mərkəzlər yaradılır və bu proses davam edir. Biz elə etməliyik ki, növbəti bir neçə il ərzində Azərbaycanda səhiyyə sisteminin bütün infrastrukturunu lazımi səviyyəyə gətirək. Son illər ərzində görülmüş işlər deməyə əsas verir ki, biz buna nail olacağıq. Çünki görülən bütün işlər göz qabağındadır. Azərbaycanın ən ucqar rayonlarında ən müasir, dünya səviyyəli tibb ocaqları yaradılır. Bu, hər bir ölkənin ümumi inkişaf imkanlarını göstərir. Azərbaycanın səhiyyə sisteminə ayrılan vəsaitin və göstərilən diqqətin timsalında hamı görür ki, güclü iqtisadiyyat güclü sosial siyasətin təməlidir.

Azərbaycan iqtisadiyyatı çox güclüdür. Bu böhranlı aylara, - bütün dünyanı maliyyə böhranı bürüyüb, - baxmayaraq, Azərbaycan iqtisadiyyatı irəliyə gedir. Bu ilin altı ayında təxminən 4 faiz iqtisadi artım vardır. Bizim büdcə gəlirlərimiz də lazımi səviyyədədir, büdcə xərcləri də vaxtında icra olunur. Sosial siyasətin uğurla davam etdirilməsi üçün əlbəttə ki, Azərbaycanda iqtisadi islahatlar davam etdirilməlidir.

Son illər ərzində bütün bölgələrdə böyük quruculuq işləri aparılır. Bütün bölgələrdə müasir infrastruktur - məktəblər, tibb ocaqları, elektrik stansiyaları yaradılır, yollar, qaz xətləri, su kəmərləri çəkilir, yəni insanın yaşaması üçün hər şey edilir. Biz bu inkişafı Hacıqabul rayonunun timsalında da görürük. Rayonda son beş il ərzində müxtəlif məhsulların buraxılışı üç dəfə artıb, ümumi iqtisadi artım vardır. Bəzən bizdə - Azərbaycanda iqtisadi uğurlarımızı enerji sektoru ilə bağlayırlar. Amma baxın, Azərbaycanda qeyri-neft sektoru neft sektorundan daha böyük templərlə artır. Nə üçün?! Çünki biz öz imkanlarımızdan səmərəli istifadə edə bilmişik, infrastruktur layihələrinə vəsait ayırmışıq. Kənd təsərrüfatının, sahibkarlığın inkişafı üçün böyük vəsaitlər ayrılır, yardımlar edilir və beləliklə, Azərbaycan iqtisadiyyatı hərtərəfli inkişaf edir. Bu, hər bir ölkənin uğurunun təməlində dayanan məsələdir.

O ki qaldı sosial siyasətə, bu, artıq ölkələrin prioritetlərindən asılıdır. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və bazar iqtisadiyyatının qanunları bəzən çox sərt olur. Ancaq biz bazar iqtisadiyyatının bütün prinsiplərini Azərbaycanda tətbiq etməklə yanaşı, elə etməliyik ki, güclü sosial müdafiə, sosial siyasət, insanlara qayğı olsun, belə gözəl tibb ocaqları tikilib istifadəyə verilsin. Bu da Azərbaycanda vardır və mən heç şübhə etmirəm ki, növbəti illərdə ölkəmiz daha da inkişaf edəcək, daha da güclənəcəkdir. Demək olar ki, dünyanı bürümüş maliyyə böhranı Azərbaycana çox az təsir göstərdi. Bunun da köklü səbəbləri var - düzgün iqtisadi siyasət, siyasi sabitlik, xalqla iqtidar arasında olan birlik və ölkəmizdə mövcud problemlərin vaxtında həlli.

Mən çox şadam ki, yenidən Hacıqabuldayam. Mən iki il bundan əvvəl sizinlə bərabər bu gözəl uşaq mərkəzinin təməlini qoymuşam və çox şadam ki, iki ildən sonra bu mərkəzin açılışında sizinlə bərabər iştirak edirəm. Sizi bu gözəl hadisə münasibətilə bir daha ürəkdən təbrik edirəm və sizə uğurlar arzulayıram. 

                                                   X X X

Həkim Aynur Qasımzadə dövlətimizin başçısına təşəkkür edərək dedi:

- Cənab Prezident, icazə verin Sizi Hacıqabul sakinləri və tibb işçilərimiz adından salamlayım.

Cənab Prezident, xoş gəlmisiniz!

Bu gün rayonumuz sevinc içərisindədir. Xüsusilə biz tibb işçilərinin sevinci hədsizdir. Çünki bu gün rayonumuzda müasir avadanlıqla təchiz olunmuş bu möhtəşəm Uşaq Tibb Mərkəzinin açılışıdır.

Əziz Prezident, iki il əvvəl Sizin xeyir-duanızla təməli qoyulan və bu gün açılışına toplaşdığımız Uşaq Tibb Mərkəzinin bizlərə bəxş etdiyi sevinci heç vaxt unutmayacağıq. Mərkəzin “Uşaq ili” elan olunan 2009-cu ildə istifadəyə verilməsi bütün körpələr üçün ən böyük töhfədir. Bizlərə bəxş etdiyiniz sevincə görə bütün həkim ordusu adından, eləcə də rayonumuzun sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Əziz Prezident, Sizin atdığınız hər bir addım, qəbul etdiyiniz hər bir qərar Azərbaycanın işıqlı gələcəyinə yönəlmişdir. Biz “gələcək” deyəndə sağlam körpələrimizi nəzərdə tuturuq. Bu gün biz bir həkim ordusu kimi söz veririk ki, bütün körpələrimizin sağlamlığı naminə hər bir çətinlikdən mərdliklə çıxacağıq. Əziz Prezident, mənə verilən bu imkandan istifadə edərək, səhiyyəmizin, təhsilimizin və mədəniyyətimizin inkişafına göstərdiyi misilsiz xidmətlərinə, nəcib əməllərinə görə bütün xalqın sevimlisi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanıma öz dərin təşəkkürümüzü bildiririk.

Əziz Prezident, Sizin tapşırığınız və böyük köməyinizlə inşa olunan bu müasir sağlamlıq ocağında müxtəlif uşaq xəstəliklərinin müalicəsi və diaqnostikası üçün hər cür imkan və şərait vardır. Biz hacıqabullular Sizi daim dəstəkləyir, hər addımınızı bəyənirik və Sizi çox sevirik. 

                                                    X X X

Sonda Prezident İlham Əliyev kollektivlə xatirə şəkli çəkdirdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində