İDMAN
HAKİMLƏR QƏLƏBƏNİ NOKDAUNA DÜŞƏN TAİLAND BOKSÇUSUNA VERDİLƏR
Azərbaycan idmançısının bu döyüşü də çox gərgin keçdi. Gah bu, gah da digər idmançı hesabda irəli çıxırdı. Bununla belə, birinci və dördüncü ranudlar boksçumuzun xeyrinə, üçüncü raund heç-heçə qurtardı. Yalnız ikinci hissədə üstünlük qazanan Tailand idmançısı Cavidin güclü zərbəsindən sonra nokdaun vəziyyətinə də düşdü.
Döyüş 19:19 hesabı ilə heç-heçə başa çatdı. Lakin, nədənsə, hakimlər qələbəni tailandlıya verdilər. Beləliklə, avqustun 21-də daha bir boksçumuz Olimpiadada mübarizəsini dayandırmalı oldu.