HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ İLKİN TƏDRİSİN NƏTİCƏLƏRİ ÜZRƏ YAZILI İMTAHAN KEÇİRİLMİŞDİR
Ötən il başlanmış bu proses zamanı 1048 nəfər hakimliyə namizəddən 56 nəfəri test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçmiş və 5 ay davam edən tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni uğurla başa vurmuşlar.
AZƏRTAC xəbər verir ki, avqustun 9-da həmin namizədlərin peşə hazırlığının yoxlanılması məqsədi ilə tədrisin nəticələri üzrə onlarla yazılı imtahan keçirilmişdir. Bakı Dövlət Universitetində vahid auditoriyada təşkil olunmuş imtahanı nüfuzlu beynəlxalq qurumlardan, xarici ölkələrin Azərbaycandakı səfirliklərindən, yerli qeyri-hökumət təşkilatlarından 20 müşahidəçi, televiziya kanallarının, informasiya agentliklərinin və digər mətbuat orqanlarının nümayəndələri tam izləmişlər.
İmtahan başlamazdan əvvəl, yerindəcə Hakimlərin Seçki Komitəsinin qapalı iclasında kazus xarakterli 8 sual hazırlanmış, həmin suallardan namizədlər cinayət və mülki sahəyə dair ikisini tam təsadüfi yolla seçmişlər. Seçilmiş suallar imtahan keçirilən auditoriyada, namizədlərin gözü qarşısında çoxaldılaraq onlara paylanmışdır.
Dörd saat davam edən imtahanda namizədlər verilmiş hüquqi kazusları həll etməklə, müvafiq məhkəmə qərarlarının layihələrini tərtibi sahəsində bacarıqlarını nümayiş etdirmişlər.
Müşahidəçilər hakimliyə namizədlərlə ilk dəfə keçirilən bu yazılı imtahanı yüksək qiymətləndirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]