Hatayda meşəlik ərazidə yanğın: vətəndaşlar təxliyə olunub
Bakı, 16 iyul, AZƏRTAC
Türkiyənin Hatay vilayətinin Belen rayonunda meşə yanğını baş verib.
AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, alovlar havadan və qurudan yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülməyə çalışılır.
Soğuoluk bölgəsinin sakinləri təxliyə edilib.
Yanğın küləyin təsiri ilə getdikcə daha geniş əraziyə yayılır. Yanğınsöndürmə işlərinə 9 təyyarə və 21 helikopter cəlb olunub.
Qeyd edək ki, Türkiyənin bir neçə bölgəsində meşəlik ərazilərdə yanğın baş verib. Mersin və Boludakı yanğınlar kontrol altına alınıb, Çanakkaledəki yanğının söndürülməsi isə davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]