Həkim-oftalmoloq: Güclü işıq fonunda göz önündə “uçuşan” obyektlər təhlükəsizdir
Bakı, 14 yanvar, AZƏRTAC
Bəzi insanlar gözləri önündə müxtəlif qara ləkə və nöqtələrin, yaxud onların öz dili ilə desək, həşərata oxşayan müxtəlif formalı obyektlərin uçduğunu deyir və onun təhlükəli olub-olmaması ilə maraqlanırlar.
AZƏRTAC xəbər verir ki, həkim-oftalmoloq Aynurə Əliyeva bununla əlaqədar deyib: “Əslində, bunlar çox vaxt heç bir təhlükə doğurmur. Lakin patologiyası olanlarda gözün açıq və yaxud qapalı vəziyyətindən, həmçinin səhər və axşam saatlarından asılı olmayaraq, ildırım çaxan kimi işıq qığılcımları hiss edirlərsə, bu halda təhlükəlidir, qalan bütün hallarda təhlükəsizdir. Bu, göz alması boşluğunu dolduran yumurta ağına oxşayan gel formalı şüşəvari cismin müxtəlif formalı şəffaf destruksiyasıdır. İşıq kütləsi güclü düşəndə şəffaf destruksiyaların kölgələri göz dibinə düşür və bunun nəticəsində qara formalı müxtəlif üzən obyektlər ləkə kimi təzahür edir. Onlar daha çox güclü işıq fonunda nəzərə çarpır və demək olar ki, təhlükəsizdir”.
Axşam saatlarında avtomobil idarə edənlərin qarşıdan gələn avtomobilin işığından gözlərinin qamaşması barədə isə həkim-oftalmoloq deyib: “Bu, əsasən buynuz qişanın sındırma qüvvəsinin patoloji vəziyyəti, refraksiya qüsuru olan astiqmatizm nəticəsində yaranır. Astiqmatizm isə eynək və yaxud kontakt korreksiyası ilə aradan qaldırılır. Bəzən gözündə quruluq olanlarda da həmin şikayətlərə rast gəlmək olur. Bunun üçün nəmləndirici damlalardan istifadə etmək kifayətdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]