ELM VƏ TƏHSİL
HƏMRƏYLİK GÜNÜNƏ HƏSR OLUNMUŞDUR
Əvvəlcə Azərbaycanın ümummilli lideri, dünya şöhrətli siyasətçi Prezident Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi tədbiri giriş sözü ilə açan universitetin prorektoru, professor Zeydulla Ağayev bu gün dünyanın 80-dan artıq ölkəsində yaşayan azərbaycanlıların bir araya gəlməsində Prezident Heydər Əliyevin xüsusi xidməti olduğunu vurğulamışdır.
Dünya Azərbaycanlıları Gənclərinin Beynəlxalq Həmrəyliyi Cəmiyyətinin prezidenti Tofiq Əlizadə bildirmişdir ki, xaricdən Vətənə gələn hər bir azərbaycanlı ilə maraqlanmağa çalışırıq. Onların haradan gəlməsi yox, Azərbaycan naminə hansı işləri görməsi bizim üçün daha əhəmiyyətlidir. İstəyirik ki, onlar Azərbaycanın problemlərini öz şəxsi problemi kimi qəbul etsinlər.