Həndbol üzrə “Azəryol”-“Qarabağ” görüşü gərgin idman mübarizəsi ilə yadda qalıb
Bakı, 25 noyabr, AZƏRTAC
Noyabrın 25-də həndbol üzrə Azərbaycan çempionatında altıncı turun oyunları çərçivəsində növbəti qarşılaşmalar keçirilib.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildirilib ki, qadın həndbolçuların yarışında “İdman Akademiyası” kollektivi ilə üz-üzə gələn “Gənclərbirliyi” komandası matçdan 33:30 hesabı ilə qalib ayrılıb. “Azəryol”-“Qarabağ” görüşü isə gərgin idman mübarizəsi ilə yadda qalıb. Oyun 28:27 hesabı ilə “Azəryol” həndbolçularının xeyrinə başa çatıb.
Noyabrın 26-da kişilər arasında yarış çərçivəsində “Məhsul” komandası Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) təmsilçiləri ilə, “Təhsil” həndbolçuları isə “Bakı” kollektivi ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]