Həndbol üzrə millimiz “Avro-2026”nın təsnifat turnirində növbəti oyununa çıxıb
Bakı, 14 yanvar, AZƏRTAC
Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirində bu gün növbəti oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Nasser Salimin komandası ikinci görüşündə Böyük Britaniya millisi ilə qarşılaşıb. Bakı İdman Sarayında keçirilən matç rəqibin qələbəsi ilə başa çatıb - 39:22.
Digər oyunda isə Kipr yığması Maltaya 47:26 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə Maltanı 34:25 hesabı ilə məğlub edib. Böyük Britaniya isə Kiprlə heç-heçə edib - 25:25.
Yığmamız qrupda son oyununu Bakıda Kipr seçməsinə qarşı keçirəcək.