Həndbolçularımız Avropa çempionatının təsnifat turnirinə hazırlığı davam etdirirlər
Bakı, 10 yanvar, AZƏRTAC
Yanvarın 13-dən 15-dək kişi həndbolçulardan ibarət milli komandamız 2026-cı il Avropa çempionatının təsnifat turnirində qüvvəsini sınayacaq.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, millimiz “AHF Arena”da təlim məşq-toplanışını davam etdirir.
On altı idmançının qatıldığı hazırlıq prosesi baş məşqçi Nasser Salimi və köməkçi məşqçi Rəşad Hüseynovun rəhbərliyi ilə aparılır. Fiziki hazırlığı başa çatdıran komanda toplanışın sonuncu günlərində taktiki və texniki çalışmaları yerinə yetirir. Gündə 1 dəfə olmaqla, hər gün məşq edən millinin düşərgəsində nikbin ab-hava və mübariz əhval-ruhiyyə hökm sürür.
Qeyd edək ki, millimiz Bakı İdman Sarayında keçiriləcək təsnifat turnirinə yanvarın 13-də saat 17:00-da Malta seçməsinə qarşı oyunla start verəcək. Həndbolçularımız yanvarın 14-də saat 17:00-da Böyük Britaniya seçməsi ilə qarşılaşacaqlar. Ertəsi gün isə saat 15:00-da millimiz Kipr kollektivi ilə oyuna çıxacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [13:32]
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
- 07.08.2026 [13:12]
“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində
- 07.08.2026 [12:25]
Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb
- 07.08.2026 [12:08]
Azərbaycanın gənc qolfçusu beynəlxalq turnirin qalibi olub
- 07.08.2026 [10:26]
Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək
- 07.08.2026 [02:09]
"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb
- 06.08.2026 [23:00]
Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yekaterinburqa dron hücumu olub
- [08:55]
İmişlidə traktorun altında qalan uşaq ölüb
- 06.08.2026 [23:50]