ORDU
Hərbi Akademiyada ingilis dili üzrə müəllim hazırlığı kursunun dinləyicilərinin buraxılış mərasimi keçirilib
Bakı, 11 fevral, AZƏRTAC
Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dil və Tərəfdaşlıq Mərkəzində ingilis dili üzrə müəllim hazırlığı kursunun dinləyicilərinin buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Hərbi Akademiyanın rəis müavini general-mayor Azər Əliyev ingilis dili üzrə müəllim hazırlığı kursunun əhəmiyyətindən və mahiyyətindən danışıb. Qeyd edib ki, kurs müddətində dinləyicilərə ingilis dili üzrə müasir tədris metodologiyası öyrədilib, onların bilik və bacarıqları təkmilləşdirilib.
Sonda kursu müvəffəqiyyətlə bitirən dinləyicilərə sertifikatlar təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:55]
"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib
- 03.05.2024 [13:35]
Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib
- 03.05.2024 [12:32]
Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir
- 02.05.2024 [17:35]
Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO
- 01.05.2024 [19:45]
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
- 01.05.2024 [16:25]
Hərbi Dəniz Qüvvələrinin NATO-nun nümayəndələri ilə görüşü keçirilib
- 01.05.2024 [13:59]