Hərbi Hava Qüvvələrinin bölmələri ilə paraşüt hazırlığı üzrə məşqlər keçirilir
Bakı, 5 sentyabr, AZƏRTAC
Bu il üçün hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin bölmələri ilə paraşüt hazırlığı üzrə məşqlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məşqlər zamanı şəxsi heyət tərəfindən paraşüt tullanışları üzrə müxtəlif tapşırıqlar yerinə yetirilir.
Məşqlərin keçirilməsində əsas məqsəd şəxsi heyətin paraşüt tullanışları vərdişlərinin təkmilləşdirilməsi, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasıdır.