Hərbi qulluqçular Gəncənin tarixi abidələri ilə tanış olublar
Bakı, 13 iyun, AZƏRTAC
Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə bir qrup hərbi qulluqçu Gəncə şəhərinin tarixi yerləri ilə yaxından tanış olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi qulluqçular Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi, Nizami muzeyi və Nizami məqbərəsini ziyarət ediblər.
Sonra hərbi qulluqçular “Vətən uğrunda!” səyyar təşviqat dəstəsinin “Əsgərdən salam!” layihəsində iştirak ediblər.
Nizami Gəncəvinin məqbərəsi qarşısında keçirilən tədbirdə “N” nömrəli hərbi hissənin əsgərləri canlı yayım vasitəsilə ailə üzvlərinə, doğmalarına salamlarını çatdırıblar.