Hərbi qulluqçular növbəti dəfə ünvanlı yardım çatdırıblar
Bakı, 25 aprel, AZƏRTAC
Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimini nəzərə alaraq Müdafiə nazirinin göstərişinə əsasən hərbi qulluqçuların ailələrə ünvanlı yardımı davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Mərkəzi Ərzaq Anbarında qablaşdırılan zəruri ərzaq məhsulları növbəti şəhid ailələri, müharibə veteranları və əlillərə təqdim olunub.