Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev - təhlükəsizliyi təcəssüm etdirən lider

Heydər Əliyev - təhlükəsizliyi təcəssüm etdirən lider

Bakı, 27 noyabr, AZƏRTAC

Böyük Sovet imperiyasının ən nüfuzlu liderlərindən biri olmuş Heydər Əliyev öz zəngin siyasi təcrübəsini təhlükəsizlik orqanlarındakı fəaliyyəti ilə başlamışdı.

1944-cü ildə Azərbaycan SSR dövlət təhlükəsizliyi orqanlarında işə başlayan Heydər Əliyev, strateji düşüncəsi və mürəkkəb yolları qət etmək bacarığı sayəsində tutduğu vəzifələrdə irəli çəkilərək 1964-cü ildə DTK-nın sədr müavini oldu.

1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilən Heydər Əliyevə elə həmin ildə general-mayor rütbəsi verildi.

Sovet dövründə bu qurum əvvəlcə Fövqəladə Komissiya “Çeka”, orada işləyənlər “çekist” adlanıb və bir müddət Daxili İşlər Xalq Komissarlığının (NKVD) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. Yetmiş illik sovet hakimiyyəti dövründə respublikamızda fəaliyyət göstərən dövlət təhlükəsizliyi orqanının əsas vəzifəsi sovet ideologiyasına zidd düşüncə tərzinin yayılmasının qarşısını almaq və mövcud quruluşu qorumaq olub.

Həmin dövrdə xüsusi xidmət orqanında milli kadrların yüksək vəzifə tutmasına uzun müddət imkan verilmirdi. Lakin Heydər Əliyev Azərbaycan təhlükəsizlik orqanına rəhbər təyin olunduqdan sonra bu stereotip dəyişdi və bu mühüm dövlət orqanında o, milli kadrların sayının artırılmasına, onların irəli çəkilməsinə, azərbaycançılıq ruhunun bərqərar edilməsinə nail oldu.

Bir vaxtlar Azərbaycanın mənəvi dəyərləri ilə yanaşı, tarixi şəxsiyyətlərini də məhv edən qüvvələr Heydər Əliyevin bu cəsarətli addımlarına qarşı çıxırdılar. Bu təzyiqlərdən sarsılmayan Ulu Öndər milliləşdirmə siyasətini geniş vüsətlə davam etdirir, milli ideyalara görə təqibə məruz qalmış bir çox ziyalı və ictimai xadimləri həbsdən və təzyiqlərdən xilas edir.

Heydər Əliyevin misilsiz xidmətlərindən biri də sovet hakimiyyəti dövründə, ölümündən sonra millətçi-təmayülçü kimi əsası olmayan böhtanla unudulmağa məhkum edilmiş, Azərbaycan SSR-in ilk sovet etnik azərbaycanlı lideri Nəriman Nərimanovu tam şəkildə reabilitasiya edib, tariximizdəki boşluğu bərqərar etməsidir. O cümlədən, dahi şair-dramaturq Hüseyn Cavidin yenidən xalqımıza və ədəbiyyatımıza qaytarılmasında Ümummilli Lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Uzaq Sibirə sürgün edilmiş Hüseyn Cavidin məzarı məhz Ulu Öndərin təşəbbüsü ilə 1982-ci ildə Vətənə gətirilərək doğulub boya-başa çatdığı torpaqda dəfn olunmuşdu.

Heydər Əliyev SSRİ rəhbərliyində çalışdığı zaman Sov. İKP MK Siyasi Bürosundakı həmkarları ilə yaxın əlaqələr saxlayırdı və bu münasibətlər ona idarəetmədə daha çox azadlıq verirdi. Bu, Azərbaycan üçün digər sovet respublikalarında nadir rast gəlinən daxili muxtariyyət səviyyəsi təmin edirdi.

Hər bir dövlətin xüsusi xidmət orqanları öz ölkələrinin siyasi rəhbərləri, hərbi işləri və sənaye müəssisələrini planlaşdıran mütəxəssislər üçün kəşfiyyat mənbələrindən istifadə edərək analitik materiallar hazırlayır.

Bu silsilədən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi də (CIA), kəşfiyyat məlumatlarının toplanması və təhlilinə cavabdeh olan xüsusi xidmət orqanı olaraq SSRİ-nin əsas aparıcı simalarından biri – Heydər Əliyev fəaliyyəti barədə analitik materiallar hazırlamışdı. CIA-nın Lenqli arxivlərində saxlanılan sənədlər Heydər Əliyevin əzəmətli həyat yolunu, siyasi fəaliyyətini sovet sistemindəki tələblərə unikal bir formada uyğunlaşdırmaq bacarığını, əldə etdiyi uğurlar nəticəsində Azərbaycanın SSRİ məkanında başqa respublikalarla müqayisəndə öndə getməsini göstərir.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin Heydər Əliyev fəaliyyəti barədə Amerika Prezidenti, dövlət departamenti, hərbi rəhbərlik və siyasətçilər üçün hazırladığı məxfi analitik sənədləri oxuyan hər bir azərbaycanlı böyük qürur hissi keçirir.

Mərkəzi Kəşfiyyat İdarəsinin sənədlərində göstərilir ki, 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosuna üzv seçildikdən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunduqdan sonrakı dövrdə Heydər Əliyev fenomeni ümumittifaq miqyasında etiraf olunur. Heydər Əliyevin Sovet siyasi iyerarxiyasında tutduğu mövqe üçüncü ən yüksək vəzifə hesab olunurdu. O, həmin dövrdə ən ağır, böyük təcrübə, peşəkarlıq və xüsusi istedad tələb edən sahələrin inkişafına əhəmiyyətli töhfələr verməklə əsl rəhbər xüsusiyyətlərini nümayiş etdirmişdi.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsindəki sənəddə qeyd olunur ki, belə bir yüksək vəzifə tutan və böyük uğurlara imza atan şəxsin karyerasındakı növbəti mərhələ SSRİ Nazirlər Sovetinin sədri vəzifəsi olmalı idi.

Lakin Heydər Əliyevin etnik mənsubiyyəti - azərbaycanlı olması sovet sistemində bunu mümkünsüz edir.

Heydər Əliyevin sovet dövrü fəaliyyəti, ölkə iqtisadiyyatına verdiyi töhfə və bu gün bundan bəhrələnən Moskva 2025-ci ilin mart ayında Rusiya paytaxtının meydanlarından birində bu böyük şəxsiyyətin abidəsinin qoyulması mərasimi keçirdi.

Heydər Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycanın müstəqilliyinin ilk illərində ölkə daxilində yaranmış xaosu aradan qaldırması oldu. Ölkə daxilindəki qeyri-sabit və təhlükəli vəziyyət – iqtisadiyyatın tənəzzülə uğraması ilə bərabər, separatçı qüvvələrin pozuculuq fəaliyyəti, Ermənistanın ərazilərimizə təcavüzü və Dağlıq Qarabağda gedən müharibə ölkənin parçalanmasına səbəb olmuşdu.

Belə bir çətin bir durumda, - 1993-cü ildə Heydər Əliyev siyasi arenaya qayıdaraq praqmatik bir xarici siyasət təqdim etdi. Bu siyasətin mərkəzində ABŞ, Avropa İttifaqı və Türkiyə kimi nüfuzlu dövlətlərlə konstruktiv əlaqələr yaratmaq, eləcə də Rusiya və İran kimi güclü qonşularla müdrik tərəfdaşlıq qurmaqla yanaşı, əsas qlobal və regional güclərlə balanslaşdırılmış münasibətlər formalaşdırmaq dayanırdı. Azərbaycanın apardığı çoxvektorlu siyasəti ölkənin hər hansı bir geosiyasi blokla ittifaqa daxil olmaqdan çəkinərək, ikitərəfli iqtisadi, enerji və hərbi əməkdaşlığa üstünlük verən dövlət strategiyasına çevrildi. Heydər Əliyev əsas aparıcı dövlətlərlə münasibətlərə dair aydın təsəvvürə malik idi və 1994-cü ildə ölkədə yaşanan böhrana baxmayaraq, Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının işlənməsi barədə xarici neft şirkətləri ilə "Əsrin müqaviləsi”ni imzaladı. Lakin bu müqaviləni imzalamaq üçün Azərbaycan olduqca çətin yollardan keçməli oldu. Ən böyük təzyiqlər qonşu ölkələrdəki siyasi dairələrdən gəlirdi. İlk növbədə, Rusiya və İran Xəzər dənizinin hüquqi statusu barədə məsələ qaldırıb, onun sərvətinin bütün Xəzəryanı ölkələrə məxsus olduğunu vurğulayır və Xəzərin təbii sərvətlərinin istifadəsinə nəzarət etmək üçün beynəlxalq komitə yaratmaq təklifi ilə çıxış edirdilər. Rusiyanın ozamankı xarici işlər naziri Andrey Kozryev bəyanatlar verərək belə bir müqavilənin həyata keçirilməsinə yol verməyəcəklərini bildirirdi. Bununla bağlı Rusiya Federasiyası hətta Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə nota verərək, bəyan etmişdi ki, Rusiya ilə əvvəlcədən razılaşdırılmamış müqavilələr hüquqi sənəd hesab edilməyəcək.

Lakin Heydər Əliyev Qərb dövlətlərinin və həmçinin Xəzər regionu dövlətlərinin maraqlarının kəsişdiyi geosiyasi məkana çevrilən Azərbaycan Respublikasının milli maraqlarının qorunması siyasətini ardıcıllıqla həyata keçirərək, neft sazişi ilə bağlı işləri davam etdirirdi. O, ilk növbədə Rusiyanın bu müqavilədə iştirakını təmin edərək Vahid Ələkbərovun rəhbərlik etdiyi “Lukoyl” şirkətini bu sazişə qoşulmağa dəvət etdi. Ulu Öndər Rusiya Federasiyası ilə münasibətləri yaxşılaşdırmaq istiqamətində ardıcıl siyasətini davam etdirərək 1997-ci il iyunun 3-də “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” müqavilə imzalandı.

Digər problemli bir məsələ də qonşu İranın istəyini nəzərə alaraq Rusiya ilə bərabər İranın neft şirkətini də hasilatın pay bölgüsü sazişinə daxil etmək idi. Ulu Öndər çox çətin bir vəziyyətlə üzləşmişdi. İran şirkətinə bu müqavilədə pay verilsəydi, layihədə ABŞ şirkətlərinin iştirakı mümkün olmayacaqdı. Buna səbəb ABŞ qanunları və İrana qarşı sanksiyalarla bağlı Amerika şirkətlərinin İranla işbirliyinin qadağan edilməsi idi. Ulu Öndər Azərbaycanın regional güclərlə balanslaşdırılmış siyasətini nəzərə alaraq İrana digər dünya miqyaslı layihədə - “Şahdəniz” qaz layihəsində pay verdi və bu səbəbdən də ABŞ şirkətlərinin “Şahdəniz” layihəsində iştirakı mümkün olmadı.

Göründüyü kimi Heydər Əliyev bütün bu maneələri dəf edərək "Əsrin müqaviləsi”nin reallaşması istiqamətində böyük uğurlara imza atdı və dünya ictimaiyyətini yenilənmiş Azərbaycanla hərtərəfli əməkdaşlığın perspektivli olduğuna inandıra bildi.

Ulu Öndərlə görüşüb söhbət etmək imkanı əldə etdikdən sonra mən Heydər Əliyevin nə qədər məlumatlı və qətiyyətli olduğunu gördüm. Onun fotoqrafik yaddaşı, güclü arqumenti və insanları özünə cəlb etmək bacarığı heyrətamiz idi. Heydər Əliyev gözəl psixoloq kimi insanların beyninə və qəlbinə asanlıqla yol tapa bilərdi. Qərbi Avropa ölkələrinə səfəri zamanı Norveçdə və ümumilikdə Skandinaviyada yaşayan Azərbaycan diaspor nümayəndələri ilə görüşü təşkil etməyi Ulu Öndər mənə tapşırmışdı. Osloda azərbaycanlı diaspora nümayəndələri ilə görüşün əvvəlində o, məni tədbir zamanı öz yanına çağıraraq buradakı diaspor fəaliyyəti barədə məruzə etməyimi xahiş etdi.

Məruzəmi dinlədikdən sonra Heydər Əliyev diaspora nümayəndələrinə üz tutaraq, öz çıxışında mənim adımı ayrıca vurğulayaraq nəyə görə məni dövlət nümayəndə heyətinin tərkibinə daxil etdiyini bildirdi. Diaspora təşkilatlarının pərakəndə fəaliyyətini görən Heydər Əliyev bununla ətrafdakılara bir mesaj verərək bildirirdi ki, bu şəxs mənimlə sizin aranızda bir körpü rolunu oynayır və siz diaspora nümayəndələrinin təşkilatlanmasında və milli birliyin möhkəmləndirilməsində bu şəxslə səmərəli işləyə bilərsiniz.

İndi dönüb geriyə baxanda, Azərbaycanın dövlət quruculuğu sahəsində Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasətin necə böyük uğur əldə etdiyinin şahidi olursan. Ulu Öndərin qlobal güclərlə balanslaşdırılmış siyasəti öz bəhrəsini verir. Hazırda Azərbaycanın Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əlaqələri, onların ölkəmizə verdiyi dəstək, Türkiyə, Pakistan, İsrail, Böyük Britaniya, İtaliya və digər Aİ ölkələri ilə əməkdaşlığı bölgədə geosiyasi mənzərənin nə qədər dəyişdiyini göstərir.

Bu gün biz Heydər Əliyevi yalnız görkəmli dövlət xadimi kimi deyil, həm də strateji uzaqgörənliyi və millətə xidməti ilə nəsilləri ruhlandıran nümunə kimi xatırlayırıq. Onun irsi müasir Azərbaycanın təməlində dərin kök salıb və biz onun ölkənin müstəqilliyinə, sabitliyinə və tərəqqisinə davamlı töhfələrinə görə minnətdarıq.

2020-ci ilin payızında Ermənistanla baş vermiş hərbi münaqişə zamanı Azərbaycanın çoxvektorlu siyasəti bir daha özünü göstərdi. 44 günlük müharibədə Azərbaycan təkcə döyüş meydanında deyil, diplomatiyada da qalib gəldi, beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bərpa edərək ölkənin Qarabağ bölgəsini işğaldan azad etdi. Ermənistan və Azərbaycan arasında bölgədə davamlı sülhün təmin olunması üçün sülh sazişi razılaşdırıldı - bu da Heydər Əliyevin dövlət strategiyasına uyğun olaraq regionun bütün ölkələri üçün qarşılıqlı faydalı münasibətlərin yaranmasına imkan yaradıb.

Bu tarixi Qələbədən sonra Şuşada keçirilən “Xarıbülbül” festivalında Ümummilli Lider Heydər Əliyevin Şuşaya həsr olunmuş çıxışının videokadrlarının nümayişi zamanı onun söylədiyi “Şuşa Azərbaycanın gözüdür”, “Biz o torpaqlara mütləq qayıdacağıq” sözləri ata vəsiyyətini gerçəkləşdirən Ali Baş Komandan İlham Əliyevi çox kövrəltmişdi. Qarabağ müharibəsi veteranı kimi mən də Prezidentin keçirdiyi bu kövrək hissləri 44 gün davam edən müharibə dövründə yaşamışam. Tarixin yaxşı təcrübəsini davam etdirmək bizim hər birimizin vətəndaşlıq borcudur.

Qivaməddin Rəhimov, fəlsəfə doktoru, Qarabağ müharibəsi veteranı

"Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin üzvü

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub