Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV ADINA MƏDƏNİYYƏT VƏ İSTİRAHƏT PARKINDA APARILMIŞ YENİDƏNQURMA İŞLƏRİ İLƏ TANIŞLIQ

HEYDƏR ƏLİYEV ADINA MƏDƏNİYYƏT VƏ İSTİRAHƏT PARKINDA APARILMIŞ YENİDƏNQURMA İŞLƏRİ İLƏ TANIŞLIQ

İsmayıllı, 29 oktyabr (AZƏRTAC). Oktyabrın 29-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İsmayıllı şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aparılmış yenidənqurma işləri ilə tanış olmuşlar.

Dövlətimizin başçısına məlumat verildi ki, bu istirahət ocağı ümummilli liderimizin anadan olmasının 75 illiyi ilə əlaqədar 1998-ci ildən Heydər Əliyev adına mədəniyyət və istirahət parkı adlandırılmışdır.

Parkın ümumi sahəsi 9 hektardır. Cari ilin may ayından parkda abadlıq və yenidənqurma işlərinə başlanmışdır. Bu istirahət ocağında hündürlüyü 12,5 metr, eni 19,5 metr olan əzəmətli giriş portalı yaradılmışdır. Xüsusi kompozit materialdan hazırlanan həmin portalın üzərində “Heydər Əliyev adına park” sözləri həkk olunmuşdur. Portalın ətrafı qranit daşla üzlənmişdir.

Parkın girişində - 2 min kvadratmetr sahədə Azərbaycanın milli ornamentlərinə uyğun xüsusi gül çələnglərindən ibarət guşə yaradılmış, 15 min kvadratmetr sahəyə müasir dizaynla daş, 45 min kvadratmetr sahəyə isə qazon döşənmişdir.

Parkın ərazisində olan tikililər müasir üslubda əsaslı təmir edilmiş, 500 nəfərlik yeni yay kinoteatrı tikilmiş, tarix-diyarşünaslıq muzeyi, uşaq yaradıcılıq mərkəzi, idman-əyləncə klubu yaradılmışdır. Parkda 16 min kvadratmetr əraziyə daş plitə döşənmiş, 5 hektar sahədə yaşıllıq salınmış, uzunluğu 132 metr, eni 7 metr olan müasir fəvvarə, işıqlandırma və suvarma sistemləri quraşdırılmışdır. Abadlıq və yaşıllaşdırma işlərində Almaniya, İtaliya və Türkiyədən gətirilmiş 10 min ağac və gül kolundan istifadə olunmuşdur.

Parkda 13 dekorativ fiqur, 5 istirahət köşkü quraşdırılmışdır.

Dövlətimizin başçısı və xanımı uşaq yaradıcılıq mərkəzi ilə tanış oldular. Üçmərtəbəli mərkəzin ümumi sahəsi 3.320 kvadratmetrdir. Uzun müddət fəaliyyətsiz qalan mərkəz tamamilə yenidən qurulmuş, mebel və digər lazımi avadanlıqla təchiz olunmuşdur. Uşaq yaradıcılıq mərkəzində 350 yerlik tamaşa salonu da vardır. Burada uşaqların bilik və bacarıqlarını artırmaları üçün müxtəlif dərnəklər fəaliyyət göstərir.

Parkın ərazisində Azərbaycanda ilk dəfə olaraq 1500 kvadratmetr sahədə yapon mütəxəssisləri tərəfindən “Yapon bağı” salınmışdır.

Prezident İlham Əliyev və xanımı “Yapon bağı”nı gəzdilər. Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki məlumat verərək dedi ki, “Yapon bağı” yaponiyalı mütəxəssislər tərəfindən salınmışdır.

Sonra dövlətimizin başçısı və xanımı ümumi sahəsi 360 kvadratmetr olan Tarix-Diyarşünaslıq Muzeyi ilə də tanış oldular. Muzeyin tamamilə yenidən qurulmuş binasında iki ekspozisiya zalı və bir konfrans salonu vardır. Ekspozisiya zallarının birində İsmayıllı rayonunda aparılmış arxeoloji qazıntılar zamanı tapılmış məişət əşyaları, sikkələr, Lahıc misgərlərinin əl işləri və s. nümayiş olunur. İkinci ekspozisiya zalında isə xalça-kilim məmulatı saxlanılır. Eskponatların bir qismi bizim eradan əvvəlki dövrə aiddir.

Prezident İlham Əliyev parkda 1100 kvadratmetr sahəsi olan idman-əyləncə klubu ilə də tanış oldu. Burada bilyard və tennis stolları quraşdırılmışdır. Dövlətimizin başçısı bilyard oynadı.

Azərbaycan Prezidenti mədəniyyət və istirahət parkındakı uşaqlar üçün əyləncə qurğularına da baxdı. Burada müxtəlif tipli 16 əyləncə qurğusu quraşdırılmışdır. Ərazidə 240 kvadratmetr sahəsi olan diskoteka da inşa olunmuşdur. Bu obyektin inşası zamanı kompozit və şüşə materiallardan istifadə olunmuşdur.

Dövlətimizin başçısı İsmayıllıda həyata keçirilən yenidənqurma işləri ilə bağlı tövsiyələrini verdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

18 yaşında yazılan şəhidlik dastanı...

® “AccessBank” 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir

Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Risklərin idarə edilməsi üzrə qərar qəbuletmə mexanizmləri nəzərdən keçirilib

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Aİ strateji minerallar üzrə Çindən asılılığı azaltmaq üçün Vyetnamla əməkdaşlığı genişləndirmək istəyir

Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb

Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir

Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır

Çinin xarici ticarəti 19 faizə yaxın artıb

Ekspert: Azərbaycanın dünyəvi təhsil ənənələri milli maarifçilik tariximizin ayrılmaz hissəsidir

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb

Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib

Çingiz Abdullayev: Əminəm ki, “Sabah” “Barselona”ya qarşı da çəkinmədən oynayacaq

Astanada Azərbaycanın Orta Dəhlizin inkişafında rolu müzakirə olunub

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir

Vədiyə Ələkbərzadə: Akkreditasiya özəl tibb müəssisələri üçün bir çox prosesin obyektiv qiymətləndirilməsini təmin edən mexanizmdir

Saleh Sultansoy: “Elm şəhərləri” TDT-nin inkişafına güclü təkan verə bilər

QHT-lərin təşəbbüsü ilə Bakıda kəlağayının təbliğinə həsr edilən yürüş keçirilib

Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir VİDEO

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir VİDEO

AzTU-nun müəllimi Türkiyədə beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib

BDU-nun 14 tələbəsi “Əlaçı” təqaüd proqramının qalibi olub

Milli Hidrometeorologiya Xidməti: Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Avstraliyada demensiyanın erkən əlamətlərini aşkarlayan göz testləri hazırlanıb

Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub

Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir

Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

Vahid geyim şagirdlərə ortaq qaydaların mövcudluğunu öyrədən vasitələrdən biri kimi qəbul oluna bilər – ŞƏRH

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb

Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub

Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir ŞƏRH

Beynəlxalq Enerji Agentliyi: Dizel yanacağı çatışmazlığı 2027-ci ilədək davam edə bilər

ADAU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr önə çəkilib

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO