Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev demokratik hüquqi dövlətin banisidir

Heydər Əliyev demokratik hüquqi dövlətin banisidir

Bakı, 26 aprel, AZƏRTAC

Xalqımız görkəmli siyasi və dövlət xadimi, müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini geniş qeyd edir. Bu münasibətlə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilməsi Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramın ifadəsi olmaqla hər bir soydaşımız, bütövlükdə, dünya azərbaycanlıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Mənalı ömrünü doğma Vətəninə və millətinə fəda edərək adını müasir Azərbaycan tarixinə əbədi həkk etdirmiş Ümummilli Lider müstəqilliyimizin xilaskarı, milli dövlətçiliyimizin memarı və demokratik hüquqi dövlətin banisi olmaqla qədirbilən xalqımız tərəfindən daim yad edilir, misilsiz xidmətləri dərin minnətdarlıqla qeyd olunur. Tarixdə çox az dövlət xadimi tapılar ki, ölkənin hərtərəfli inkişafı onun adı ilə bağlı olsun. Ulu Öndər Heydər Əliyev Tanrının Azərbaycan xalqına bəxş etdiyi nadir tarixi şəxsiyyətlərdəndir.

Bu fikirlər Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həlimə Alıyevanın məqaləsində yer alıb. AZƏRTAC həmin məqaləni təqdim edir.

Xalqımızın böyük oğlu Heydər Əliyevin 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gəlişindən sonra ölkəmizin bütün sahələrində yeni mərhələ başlandı, hərtərəfli canlanma yaşandı. Milli-mənəvi və əxlaqi dəyərlərə söykənən genişmiqyaslı tədbirlər həyata keçirildi və bunun nəticəsi kimi insanlarda milli ruh, özünüdərkin oyanışı formalaşmağa başladı. Heydər Əliyev ölkədə hüquqi dövlətə xas olan qanunçuluğun, ədalət və hüquq qaydasının təmin olunması sahəsində qətiyyətli və cəsarətli addımlar atdı, gələcəyə hesablanan ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirdi. Milli qürur hissinin və milli şüurun yüksəlməsi həm sosial-iqtisadi, həm elmi və mədəni, həm də ictimai həyatın digər sahələrinin dirçəlişinə bünövrə oldu.

Ulu Öndər Heydər Əliyevin o illərdə həyata keçirdiyi islahatlar sonradan milli dövlətçilik ideyalarının əsasında duran ana xəttə çevrildi, xalqın bir ideya ətrafında birləşməsinə şərait yaratdı. Azərbaycanın hazırkı siyasi və iqtisadi müstəqilliyi, dünyaya inteqrasiyası məhz ötən əsrin 70-80-ci illərində təməli Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm potensiala əsaslanır.

Xalqımızın müstəqilliyi və azadlığı uğrunda gedən mübarizəsinin uğuru da Ulu Öndərin fədakar siyasi fəaliyyətinin nəticəsində əldə olundu. Bu yolda ağır vəziyyətdə olan ölkəsinin, xalqının xilası naminə 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədiliyini və dönməzliyini təmin etdi, xalq-dövlət birliyini, ictimai-siyasi sabitliyi və iqtisadi dirçəlişi təmin etməklə, demokratik hüquqi dövlət quruculuğunu özünün dövlətçilik strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirdi.

Ümummilli Lider Heydər Əliyev demokratik cəmiyyət və hüquqi dövlətin ən vacib atributlarından olan insan hüquq və azadlıqlarının müdafiəsi üçün tarixi xidmətlər göstərdi. Hakimiyyətə qayıtdıqdan dərhal sonra insan hüquq və azadlıqları sahəsində ən vacib sayılan insanın yaşamaq hüququnun təmin edilməsi ilə bağlı önəmli addım atdı, Azərbaycanda ölüm hökmünün icrasına moratorium qoydu. 1998-ci il fevralın 10-da isə Ulu Öndərin təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzası tamamilə ləğv edildi. Bununla bağlı Ümummilli Lider deyirdi: “Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm”. Bu qərar bütün dünyaya bir daha bəyan etdi ki, Azərbaycanın hüquqi-demokratik dövlət quruculuğu yolu ilə inamla addımlayır.

Demokratik hüquqi dövlət quruculuğunda Ulu Öndər Heydər Əliyevin ən böyük əməyi müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanması və qəbul edilməsi oldu. Ümummilli Liderin müəllifi olduğu və 1995-ci il noyabrın 12-də Azərbaycanın tarixində ilk dəfə olaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan olundu. Ulu Öndər hesab edirdi ki, demokratik dəyərləri üstün tutan, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Dahi Öndərin bilavasitə rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış Konstitusiya tarixi əhəmiyyətə malik sənəd kimi ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət quruculuğunun möhkəm təməlini qoydu.

Ümummilli Liderin 1998-ci il 22 fevral tarixdə imzaladığı "İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı və 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair" Dövlət Proqramı ölkədə həyata keçirilən hüquqi islahatlar sırasında xüsusilə vacib əhəmiyyət daşıyırdı. Eyni zamanda, bu sahədə mühüm institusional islahatlar aparıldı, "İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında" Qanun qəbul edilərək ölkədə Ombudsman institutu yaradıldı.

Dahi Öndər Heydər Əliyevin demokratik hüquqi dövlət quruculuğunda müstəsna xidmətlərindən biri hüquqi dövlətə xas olan müstəqil məhkəmə hakimiyyətinin yaradılmasıdır. Bununla bağlı Ümummilli Liderin rəhbərliyi ilə ölkədə köklü islahatlar aparılaraq ilk növbədə məhkəmə fəaliyyətini tənzimləyən yeni qanunlar və məcəllələr hazırlanıb qəbul edildi.

İslahatlar nəticəsində keçmiş sovetlər birliyindən miras qalmış məhkəmə sistemi ləğv olunaraq insan hüquqlarının etibarlı təminatına xidmət edən üçpilləli yeni məhkəmə hakimiyyəti bərqərar edildi. Məhkəmə islahatlarının həyata keçirilməsinin çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayan Ulu Öndər deyirdi: “Biz hüquqi dövləti, demokratik dövləti yaradırıq və onu pillə-pillə yüksəkliklərə qaldırırıq. Bunun da ən prinsipial hissəsi məhkəmə sistemində islahatların keçirilməsi, bütün məhkəmə sisteminin beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasıdır”.

Həmçinin ölkədə hakim korpusunun formalaşmasında tamamilə yeni üsul və metodlardan istifadə edilmiş və hakim vəzifəsinə ədalətli və şəffaf seçim məhkəmə-hüquq islahatlarının keyfiyyətlə aparılmasına təminat verdi. Həmin dövrdə şəffaf prosedurlar əsasında və beynəlxalq standartlara uyğun keçirilən seçkilər yolu ilə hakimlər korpusu 60 faiz yeniləndi.

Beləliklə, Ümummilli Liderin dühası ilə bərqərar edilmiş yeni məhkəmə sistemi 2000-ci ildən fəaliyyətə başladı. Təməli Dahi Öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi məhkəmə-hüquq islahatları bu gün də uğurla davam etdirilərək özünün müasir inkişaf dövrünü yaşayır və ölkəmizin hərtərəfli tərəqqisinə uyğun olaraq təkmilləşir.

Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan dövləti Heydər Əliyevin siyasi varisi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müstəqil və uzaqgörən siyasəti sayəsində inamla irəliləyir və yeni-yeni uğurlara imza atır. Dövlət başçısının rəhbərliyi ilə qazanılan möhtəşəm nailiyyətlər və tarixi qələbələr Heydər Əliyev ideyalarının təntənəsidir. Xalqımızın milli sərvəti olan Heydər Əliyev irsi Azərbaycanın bu günü və gələcəyi üçün yeni imkanlar açır və qəti əminik ki, əbədiyaşar liderin miras qoyduğu zəngin və çoxşaxəli dövlətçilik irsi heç zaman tükənməyəcək və daim öyrənilərək ondan bəhrələniləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb