Heydər Əliyev mənim üçün həmişə yaşayacaq
Bakı, 12 dekabr, AZƏRTAC
Bu gün Heydər Əliyevin xatirəsini yad etmək üçün Fəxri Xiyabana gedən vətəndaşlar arasında Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova da olub. AZƏRTAC-ın müxbirinə verdiyi müsahibədə R.Əsgərova deyib: “Heydər Əliyev mənim üçün həmişə yaşayacaq. Hesab edirəm ki, o indi də bizimlədir. Bu gün atasının layiqli davamçısı Prezident İlham Əliyev əsası Ümummilli Lider tərəfindən qoyulmuş həm daxili, həm də xarici siyasəti müvəffəqiyyətlə davam etdirir”.
Rəfiqə xanım qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda mərdliklə döyüşmüş qızı Gültəkin Əsgərovaya Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi haqqında Sərəncam məhz Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsindən sonra imzalanıb. Rəfiqə Əsgərova deyib: “O öz işinin ustası idi. Heç vaxt çətinliklərdən qorxub geri çəkilməzdi. Onun sayəsində xalqımız yenidən özünü azad və öz taleyinin sahibi hiss edə bildi”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]
Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]