HEYVANLARIN TOXUM BANKININ YARADILMASI VƏ SÜNİ MAYALANMA ŞƏBƏKƏSİNİN GENİŞLƏNDİRİLMƏSİ ÜZRƏ TƏDBİRLƏR DAVAM ETDİRİLİR
Bakı, 22 sentyabr (AZƏRTAC). Azərbaycanda kənd təsərrüfatı heyvanlarının toxum bankının yaradılması və regionlarda süni mayalanma şəbəkəsinin genişləndirilməsi üzrə tədbirlər davam etdirilir.
Kənd təsərrüfatı naziri İsmət Abasov demişdir ki, bundan ötrü 2007-ci ildə dövlət büdcəsindən 831,5 min manat, ötən il 1 milyon 600 min manat, bu il isə 760 min manat vəsait ayrılmışdır. Müvafiq Dövlət Proqramına əsasən 500 nəfər süni mayalanma kadrı hazırlanmalı, onlar avadanlıqla, toxum və maye azotla, həmçinin nəqliyyat vasitəsilə təmin olunmalıdırlar.
Ölkəmizdə artıq süni mayalanma şəbəkəsinin fəaliyyətə başladığını diqqətə çatdıran İ.Abasov nazirin əmri ilə regional, şəhər, rayon, kənd və qəsəbə süni mayalanma mərkəzlərinin Əsasnaməsinin təsdiq olunduğunu qeyd etmişdir.
Nazirlik tərəfindən süni mayalanmaya rəhbərlik edəcək işçilərin bir günlük seminar müşavirəsi də keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]