Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hikmət Babaoğlu: Dövlətimizin başçısının müsahibələri qlobal ictimai rəyi lehimizə dəyişir

Hikmət Babaoğlu: Dövlətimizin başçısının müsahibələri qlobal ictimai rəyi lehimizə dəyişir

Bakı, 13 oktyabr, AZƏRTAC

Azərbaycan hazırda Vətən müharibəsi aparır. Bu müharibədə uğurlu hərbi əməliyyatlarla yanaşı, diplomatik, siyasi və informasiya cəbhəsində də nailiyyətlər qazana bilirik. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi təcrübəsi və iradəsi sayəsində reallaşır. Dövlətimzin başçısı informasiya cəbhəsində də ölkəmizin maraqlarını qətiyyətlə müdafiə edir, bu cəbhədə də yeni tarix yazır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

H.Babaoğlu diqqətə çatdırıb ki, müasir mərhələdə müharibələr hibrid müharibələr kimi xarakterizə edilir. Azərbaycan Ordusu ön cəbhədə savaşaraq qələbələr qazanır, diplomatiyamız diplomatik cəbhədə uğurlarını sıralayır. Biz bu gün informasiya cəbhəsində də paralel olaraq uğurlu müharibə aparırıq. “Sadalananların hər birində qiymətli və tarixi qələbələr əldə edirik. İlk baxışda hibrid müharibələr fərqli platforma, müstəvi və seqmentlərdə aparılsa da, bütün bunların hamısının bir qəhrəmanı var ki, o da milli gücün beyni hesab edilən milli diplomatiyamızı formalaşdıran, xarici siyasət strategiyamızın müəllifi olan Prezident İlham Əliyevdir”, - deyən deputat qeyd edib ki, sentyabr ayının 27-dən bu günə qədər Azərbaycan Prezidenti Ali Baş Komandan olaraq müzəffər Ordumuzun hərbi-strateji əməliyyatlarına uğurla rəhbərlik etdiyi kimi, diplomatiya, informasiya və siyasi müstəvilərdə də tarixi nailiyyətlərə imza atıb. Hərbi uğurlarımız o qədər böyükdür ki, Azərbaycan özünün son 200 illik tarixində heç vaxt sırf hərbi müstəvidə belə böyük qələbələrə imza atmayıb. Ona görə də həm mahiyyətcə, həm də məzmunca bu savaş bizim əsl qurtuluş savaşımızdır. Eyni zamanda, paralel olaraq, sentyabrın 27-dən bu günədək Azərbaycan Prezidenti dünyanın təsir dairəsi və miqyas etibarilə ən böyük, aparıcı informasiya resurslarına, televiziya kanallarına müsahibələr verib. “Əl-Ərəbiyə”dən başlamış “Əl-Cəzirə”, CNN, “Rossiya1”, RBK, “Haber Global”a qədər çoxsaylı telekanallara verilən bu müsahibələrdə Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırıb. Bu müsahibələrin hər biri diplomatiya tarixinə yazılacaq tarixi müsahibələrdir. Ayrı-ayrılıqda analiz etdikdə isə onların hər biri gerçəkliyinə, məzmun tutumuna, həqiqətləri ifadə etmələrinə görə xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda, həmin müsahibələrdə önə çıxan xüsusi bir məsələ var və onun üzərində ayrıca dayanmaq lazımdır. Bu, Prezident İlham Əliyevin verdiyi müsahibələrdə istifadə etdiyi diplomatik dil, üslub, metod və məzmundur. Bunların hər biri ayrılıqda qlobal ictimai rəyi bizim lehimizə dəyişmək üçün xüsusi seçilmiş və çox səmərəli formalardır”.

H.Babaoğlu qeyd edib ki, hələ sentyabrın 27-dən əvvəl də, iyulun 12-16-da Tovuz təxribatından sonra Prezident İlham Əliyevin çıxışlarında çox mühüm strateji mesajlar gördük. Həm daxili auditoriya, həm də bütün dünya, beynəlxalq təşkilatlar çox mühüm mesajların verildiyinin şahidi oldu. Həmin dövrə diqqət etsək, görərik ki, bu, ən yeni diplomatiya və ən yeni siyasi tariximizin qlobal informasiya məkanında əldə etdiyi çox mühüm qələbələr və tarixi çıxışlar idi. Azərbaycan Prezidenti BMT-nin Baş katibi ilə bir neçə dəfə danışdı və ölkəmizin haqlı mövqeyini izah edərək bizi, Cənubi Qafqazın təhlükəsizliyini təhdid edən hadisələrlə bağlı işğalçı Ermənistanın atacağı addımları əvvəlcədən onun diqqətinə çatdırdı. Baş katiblə danışıqdan bir gün sonra Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edərkən bir daha ona regionu nələrin gözlədiyini, rəsmi İrəvanın bölgəni müharibəyə sürüklədiyini söylədi. Dövlətimizin başçısı baş verə biləcək hadisələrin bütövlükdə Cənubi Qafqazın və Avropanın enerji təhlükəsizliyini təmin edən enerji dəhlizini təhdid edəcəyi ilə bağlı fikirlər səsləndirdi.

Deputat, həmçinin deyib: “Bütün bunlar onu göstərir ki, istər ön cəbhədə qurtuluş savaşımızda, istərsə də diplomatiyada, siyasi müstəvidə əldə etdiyimiz qələbələrin yalnız bir memarı var, o da Prezident İlham Əliyevdir. Elə beynəlxalq müstəvidə bu günə qədər ölkəmizin hər hansı bir dövlət, yaxud beynəlxaq təşkilat tərəfindən qınana bilməməsi də məhz Prezidentin etdiyi çıxışlar və həmin çıxışlardakı fikirlərin, müsahibələrin inandırıcılığı ilə bağlıdır. Dövlətimizin başçısı bu fikirləri ilə indiyə qədər qlobal informasiya məkanında ümumi ictimai rəyi bizim lehimizə təmin edib. Düşünürəm ki, bu çıxışlar, müsahibələr və ümumilikdə, baş tutan uğurlu gedişlər Azərbaycanın diplomatiya tarixində əldə etdiyi ən böyük uğurlar kimi diplomatiya və siyasi fənlər üzrə tədris olunan dərsliklərdə əyani vəsait şəklində öz əksini tapmalı, öyrənilməlidir. Əminliklə söyləyə bilərik, müharibədə Prezidentimizin indiyə qədər əldə etdiyi uğurlar bundan sonra Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını təmin etmək üçün elə möhkəm hərbi-siyasi zəmin yaradıb ki, ərazi bütövlüyümüzün bərpası ən qısa zamanda baş tutacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında Britaniya tankerinə hücum olub

Almaniya G20 ölkələri arasında elektrik enerjisinin ən baha olduğu ölkədir

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

Girnədə batan gəmi ilə bağlı genişmiqyaslı istintaq və axtarış işləri davam edir

İslandiya Aİ-yə üzvlük danışıqlarının bərpasını rədd edib

Praqada trolleybus nəqliyyatının 90 illiyi qeyd olunur

Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub

Premyer Liqa: "Kəpəz" doğma meydanda "Turan Tovuz"u məğlub edib

Bu saata olan əsas xəbərlər

Macarıstanda quruyan gölün dibindən yüzlərlə köhnə təkər aşkar edilib

Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti mərhələsi Lerikdə təşkil olunub

Turan Həsənova: Qala Əncir Festivalı hər il daha çox insanı cəlb edir VİDEO

Turan Həsənova: Qala Əncir Festivalı hər il daha çox insanı cəlb edir VİDEO

Norveç Kral V Haraldla vidalaşır VİDEO

Norveç Kral V Haraldla vidalaşır VİDEO

Deputat: Qala Əncir Festivalı Azərbaycanın zəngin kulinariya irsinin təbliğinə xidmət edir VİDEO

Deputat: Qala Əncir Festivalı Azərbaycanın zəngin kulinariya irsinin təbliğinə xidmət edir VİDEO

Görmə məsafəsi azalacaq, yollar sürüşkən olacaq – yol polisindən hava xəbərdarlığı

İran Hörmüz boğazından keçidi məhdudlaşdırıb: 30 gəmi saxlanılıb

Mahir Emreli "Rakuv"un heyətində növbəti qolunu vurub

Azərbaycanlı itkinlərin taleyi BMT tribunasından yenidən gündəmə gətiriləcək - Umud Mirzəyev

Qala Əncir Festivalı: dad, ənənə və sənət bir arada VİDEO

Qala Əncir Festivalı: dad, ənənə və sənət bir arada VİDEO

Şimali Kipr sahillərində baş verən bərə qəzasında 7 nəfər ölüb

Vətən səmasında son uçuş: itkin şəhidin ailəsi hələ də onun yolunu gözləyir

Klassik avtomobillərin yürüşü “Sea Breeze” ərazisində davam edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Şimali Kipr sahillərində batan bərədə azərbaycanlıların da olması ehtimal edilir

Zonquldak sahillərində aşkarlanan naməlum PUA zərərsizləşdirilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib VİDEO

Şimali Kipr sahillərində yüzlərlə sərnişin daşıyan bərə batıb

Çexiyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, pilot ölüb

Gəncə stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görülüb

Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

İslandiya əhalisi Aİ-yə üzvlük danışıqlarının bərpasının əleyhinə səs verib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarəsi Hərbi Hava Qüvvələrinin istifadəsinə verilir VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarəsi Hərbi Hava Qüvvələrinin istifadəsinə verilir VİDEO

Sabah yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli olacaq

“Qarabağ” “Mançester Siti”nin sabiq futbolçusunu icarəyə götürüb

Altı yaşında məcburi köçkün düşən Elçinin 12 yaşlı oğlu ilə yarımçıq qalan uşaqlığına sarıldığı gün – Xocavənddən REPORTAJ VİDEO

Altı yaşında məcburi köçkün düşən Elçinin 12 yaşlı oğlu ilə yarımçıq qalan uşaqlığına sarıldığı gün – Xocavənddən REPORTAJ VİDEO

Stavropolda avtobusun iştirakı ilə baş verən yol qəzasında altı nəfər həlak olub

Bu saata olan əsas xəbərlər

Xəbər agentlikləri Qırğızıstanda MDB ölkələrinin turizm potensialına informasiya dəstəyi məsələlərini müzakirə ediblər

Cəlilabadda ev yanıb

İsveçrədə musiqi festivalında silahlı insident baş verib, xəsarət alanlar var

Futzal üzrə Çempionlar Liqası: “Araz-Naxçıvan”ın bütün rəqibləri bəlli olub

Anadolunun istiqlal mübarizəsindən qlobal hərbi gücə: Türkiyə Zəfər Bayramını qeyd edir

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatıb VİDEO

Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatıb VİDEO

Bu gün Beynəlxalq İtkin Düşmüş Şəxslər Günüdür

Media: “El-Nino” ölkələrə trilyonlarla dollar ziyan vura bilər

DSX: Xəsarət alaraq köməksiz vəziyyətdə qalan Niderland vətəndaşı dağlıq ərazidən təxliyə edilib VİDEO

DSX: Xəsarət alaraq köməksiz vəziyyətdə qalan Niderland vətəndaşı dağlıq ərazidən təxliyə edilib VİDEO

Nepalın fəlakət bölgəsində çayların səviyyəsinin qalxması barədə xəbərdarlıq edilib

Siciliya adasında yanğınlar yaşayış məntəqələri üçün təhlükə yaradıb, 1 nəfər xəsarət alıb

Rusiyanın Xabarovsk vilayətində ərazilər suyun altında qalıb

Nigerdə vəziyyət stabilləşib

Türkiyədə güclü yağış fəsadlar törədib

Şimali Koreyanın müdafiə naziri vəzifəsindən kənarlaşdırılıb

Türkiyə XİN Nigerdə tərəfləri təmkinli olmağa çağırıb

Media: Netanyahunun oğlu sui-qəsd təhlükəsi ilə əlaqədar ABŞ-dən təxliyə edilib

Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb

Rusiyada sərnişin gəmisi saya oturub

Media: ABŞ ərzaq böhranı ilə üzləşə bilər

Türkiyənin məşhur aktyoru xəstəxanaya yerləşdirilib

Laçın rayonunda ötən tədris ilinin nəticələri təhlil edilib

Bundesliqa: “Borussiya Dortmund” çempionata qələbə ilə başlayıb

Danimarkada səfərbərlik yaşında olan ukraynalılara yaşayış icazəsinin verilməsi dayandırılıb

Zəngilanda təhsil işçilərinin sentyabr konfransı

Qazaxda yeni tədris ili üçün prioritet istiqamətlər açıqlanıb

Premyer Liqa: “İmişli” “Şəfa”ya minimal hesabla qalib gəlib

Azərbaycanın çimərlik güləşçiləri "See Breeze"dəki yarışı 7 medalla başa vurublar

Şirvanda yol qəzası baş verib, ölən və xəsarət alan var VİDEO

Şirvanda yol qəzası baş verib, ölən və xəsarət alan var VİDEO

Finlandiyada polis tərəfindən güc tətbiq edilməsi hallarının sayı artır

Babək rayonunda qəza baş verib, 2 nəfər xəsarət alıb VİDEO

Babək rayonunda qəza baş verib, 2 nəfər xəsarət alıb VİDEO

Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək

Medianın İnkişafı Agentliyi bəyanat yayıb

Azərbaycanın deflimpiyaçı cüdoçusu tarixi uğura imza atıb

Premyer Liqa: “Qəbələ” - “Şamaxı” oyununda hesab açılmayıb

Bu saata olan əsas xəbərlər

Ukrayna səfiri Qara dənizdə gəmilərə hücumlarla əlaqədar Türkiyə XİN-ə çağırılıb

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans” Gənclər Mərkəzində milli rəqs dərnəyi

Almaniya deportasiyaların təşkili üçün Taliban nümayəndələrinin ölkəyə girişinə icazə verib

Xocalının Ballıca kəndində toy – Əmrah və Arzu ailə həyatına doğma yurdda başlayırlar

Nepalda təbii fəlakət bölgəsinin bərpasına 4-5 milyard dollar lazımdır VİDEO

Nepalda təbii fəlakət bölgəsinin bərpasına 4-5 milyard dollar lazımdır VİDEO

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

SABAH qəzeti: Bakı ilə Daşkəndin ittifaqı Avrasiyanın Türk dünyasına yönəlmiş arxitekturası üçün əhəmiyyətlidir

“Yay Fest 2026”nın “Startap və sahibkarlıq” düşərgəsi başa çatıb

“Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması Türk dünyasında yeni mərhələnin əsasını qoyur - ŞƏRH

“Politico”nəşri: Almaniya Leypsiq aeroportundakı dron insidentinə görə Rusiyanı ittiham etməyə hazırlaşır

AZAL: Bakı-Naxçıvan-Bakı reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

Azərbaycan idmançısı Gözəl Zutova kəmər güləşi üzrə dünya çempionu olub

Rusiyanın hava hücumu nəticəsində Buça rayonunda ölənlərin sayı 37 nəfərə çatıb

Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Naxçıvanda 3 təhsil müəssisəsində tikinti və təmir işləri yekunlaşır

Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki oyunlarının təqvimi açıqlanıb

İqtisadiyyat İnstitutu Lütfi Zadənin elmi irsinə həsr olunmuş beynəlxalq konfransda təmsil olunub

Böyük Britaniya ixracdan ildə 11,7 milyard funt sterlinq itirir

Zəfər parkında mütaliə və melodiya: Fəal gənclərə kitablar hədiyyə olunub - FOTO

Professor: Xərçəng hüceyrələrinə və bakteriyalara təsir edən bitki növü müəyyən edilib

Bakı və Abşeronda 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Nepalda təbii fəlakət nəticəsində itkin düşən Ukrayna vətəndaşlarının sayı 64 nəfərə çatıb

Rusiyanın hava zərbəsi nəticəsində Buça rayonunda 27 nəfər həlak olub

Magistral yol üzərində ikinci körpünün inşası davam edir

Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb