Hindistan əsilli amerikalı şahmatçı Abhimanyu Mişra dünyanın ən gənc qrossmeysteri olub
Bakı, 1 iyul, AZƏRTAC
ABŞ şahmatçısı 12 yaşlı Abhimanyu Mişra yeni rekorda imza atıb.
AZƏRTAC xəbər verir ki, istedadlı zəka ustası dünya şahmat tarixinin ən gənc qrossmeysteri adına sahib olub. ABŞ-ın Nyu-Cersi ştatından olan Hindistan əsilli şahmatçı Budapeştdə ardıcıl keçirilmiş turnirlərdə iştirak edərək üçüncü qrossmeyster normasını və qrossmeyster titulu üçün lazım olan ELO xallarını (2504) toplayıb. 2009-cu il fevralın 9-da anadan olan A.Mişra 12 yaş 4 ay 25 günündə bu rekorda sahib olmaqla rusiyalı Sergey Karyakini (12 yaş, 7 ay) geridə qoyub. S.Karyakinin bu göstəriciyə görə rekordu 19 il ərzində yenilənməmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]