Hindistan güclü siklonun təsirinə məruz qalıb
Bakı, 16 iyun, AZƏRTAC
Güclü “Biparcoy” siklonu Hindistanın qərb hissəsini vurub, ölənlərin və xəsarət alanların olduğu bildirilir.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, iyunun 16-na keçən gecə Hindistanın Qucarat ştatında küləyin sürəti saatda 105 kilometrə çatıb. Təbii fəlakət nəticəsində ölkənin qərbində yerləşən 940 yaşayış məntəqəsində elektrik xətləri sıradan çıxıb, azı iki nəfər həlak olub.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, 100 minə yaxın sakin təhlükəli ərazilərdən təxliyə edilərək xüsusi düşərgələrə yerləşdirilib. Siklondan daha çox zərər çəkən ərazilərdə 200-dən çox xilasedicilər qrupu fəaliyyət göstərir.
Hidrometeoroloqların məlumatına görə, siklon hazırda Hindistanın qərbindən Pakistana doğru hərəkət edir. Onun axşam saatlarında zəifləyəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:58]
Yunanıstanda 4 bal gücündə zəlzələ olub
- 30.09.2026 [13:35]
ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır
- 30.09.2026 [13:33]
“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]