Hindistanda seçkilər zamanı baş verən toqquşmalarda 20 nəfər həlak olub
Bakı, 10 iyul, AZƏRTAC
Hindistanın şərqində yerləşən Qərbi Benqaliya ştatında ötən həftəsonu yerli hakimiyyət orqanlarına keçirilən seçkilər zamanı müxtəlif siyasi partiyaların tərəfdarları arasında baş verən toqquşmalarda azı 20 nəfər həlak olub, 350-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC xəbər verir ki, “Payoneer” nəşrinin yaydığı məlumata görə, regiondakı hakim “Trinamul Konqres” partiyasının fəalları ilə müxalif Kommunist (Marksist), İnqilabçı Sosialist partiyaların və digər siyasi qüvvələrin tərəfdarları arasında meydana gələn şiddətli qarşıdurmada odlu silahlardan və əldəqayırma bombalardan istifadə olunub.
Qərbi Benqaliyanın hakimiyyət orqanları ştatda vətəndaş müharibəsi təhlükəsinin olduğunu bildirib. İğtişaşların baş verdiyi rayonlara ordu hissələri və təhlükəsizlik qüvvələri göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]